Page 440 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 440
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Salman ona tәskinlik vermәk istәyirdi:
– Helә demә, ә, niyә özünü söyürsәn? Dәrdimiz böyükdü dә, bә nәdi,
әlbәttә, dәrddәn içirik!..
Cümü qәhәrdәn boğula-boğula:
– Ә, sәn kәs sәsini! – deyirdi. – Spirt oğrusu!
Sonra Salman xәstәxanadan oğurladığı spirti satmağa başladı vә daha
içmәyә vermәdi.

XVII

Bir dәfә – mayın axırları idi vә Abşeronda hәlә çimmәk mövsümü
başlamamışdı, dәnizin sahilindә, Buzovna ilә Zuğulbanın arasındakı qayalıq
tamam kimsәsiz, bomboş olurdu – axşam Cümü yenә Sonanı motorollerin
440 kuzovuna mindirib qayalığa apardı vә yenә dә o qayalıqda Sonanın solub
rәngi mәlum olmayan donunun düymәlәrini aça-aça, Sonanı öpә-öpә
növbәti dәfә söz verdi ki, hәr şey yaxşı olacaq, arağı da atacaq, bir dә heç
vaxt Sonanı belәcә qayalığa gәtirmәyәcәk vә elә bu vaxt, göydәn düşdü, ya
qayanın içindәn pırtlayıb zühur elәdi, bir ağsaqqal kişi – kәnd sakini düz
onların üstünә çıxdı, әvvәlcә özünü itirdi, sonra toxtayıb:

– Alә, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İn-
sansuz axı!..

Sona döşlәrini donunun içinә dürtә-dürtә ayağa sıçrayıb motorollerә
tәrәf qaçdı vә kuzova minib hönkürә-hönkürә çığırdı:

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..
Birdәn-birә bütün sifәti tәndir közü kimi alışıb-yanan Cümü heç
bilmәdi nә üçün, әlini atıb yerdәn ovuc boyda bir qaya parçası götürdü,
sonra arxasını onlara çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı,
bütün varlığı ilә istәdi ki, әlindәki daşı öz başına çırpıb özü öz beynini
dağıtsın, sonra birdәn-birә boşalan, taqәtdәn düşәn әlindәki qaya parçasını
güclә bir tәrәfә tulladı vә tır-tıra tәrәf getdi. Uzaqlaşıb qaranlıq içindә
gözdәn itәn o kişi yerli adam idi, deyәsәn, avtobus sürücüsü idi, adı da
deyәsәn, Ağarәhim idi, ya Ağadadaş idi, nәsә belә bir şey idi...

XVIII

Sonanın böyük bacısı Solmaz anadangәlmә kor idi vә elә ki ermәnilәr
Şuşaya hücum çәkdi, Şuşada qaçaqaç düşdü, kim nә tapdısa, ona mindi,
şuşalıları köçürәn vertolyotda, yük maşınlarında, başqa maşınlarda yer
   435   436   437   438   439   440   441   442   443   444   445