Page 435 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 435
El÷in
– Bәs toyuqlar?– soruşdu.
Balacaxanım:
– İkisi yoxdu... Qalanları hindәdi, qeyidiblәr... – dedi.
Ağadadaş elә bil bu bazar günündәn o vaxtsız sәhәr banının, dalbadal
uduzduğu o üç tasın hayıfını almaq üçün, lәzzәtlә bozbaşdan bir qaşıq
ağzına qoyub:
– Hara gedәcәklәr?– dedi. – Avtobusa minmәyәcәklәr ki, qeyidib
gәlәcәklәr dә...
XI
Şuşada Cümü, ancaq evdәkilәr üçün Cümü idi, çünki onu uşaqlıqdan 435
evdә belә çağırırdılar, amma eşikdә Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.
O zaman ki Cümü imtahandan kәsilib Şuşaya qayıtdı, ondan sonra uni-
versitet xәyallarını birdәfәlik ürәyindәn çıxartdı, әvvәlcә avtobus
profilaktoriyasında motorçu kömәkçisi işlәdi, sonra o vaxt Stepanakert
dediklәri Xankәndindә şoferlik kursu oxuyub vәsiqә aldı, “Şuşa –
Stepanakert – Şuşa” marşrutu ilә avtobus sürdü vә elә onda da ağzının sol
tәrәfindә, dodağının qırağında bir dişinә qızıl koronka saldırdı vә әslindә,
Cümü o qızıl dişi Sonaya görә saldırdı.
Cümü Sonaya vurulanda Sona on birinci sinifdә oxuyurdu vә Sonanın
gözәlliyi get-gedә – qız gözgörәti әtә-qana dolduqca – elә bil Ağadәdәli
mәhәllәsindә cavanların başının üstündә qövsi-müqәddәs kimi qövsi-gözәl
bir şeyә çevrilirdi. Sonra Cümü taksiyә keçdi vә Cümünün o taksini
sürmәdiyi yer qalmadı, çünki, xüsusәn yay aylarında, Şuşada istirahәtdәn,
müalicәdәn sonra geri qayıdan imkanlı, yәni taksi tuta bilәn müştәrilәrin
biri Azәrbaycanın bu başında, o biri dә o biri başında yaşayırdı, elә hәftә dә
olurdu ki, iki dәfә, üç dәfә Bakıya gedib-qayıdırdı, hәtta neçә dәfә Tiflisә
getmişdi, bir dәfә isә Rostovacan gedib çıxmışdı vә o vaxt Sona da Cümünü –
Qızıldiş Cümşüdü seçdi; Cümünün qara “Volqa”nı (taksini) silib par-par
işıldadaraq Ağadәdәli mәhәllәsindә Sonagilin ikinci mәrtәbәdәki eyvanının
qabağından keçmәyi qızı hipnoz elәdi, ya qızıl dişinin işıltısı qızın gözünü
qamaşdırdı, hәr halda, onların toyu Ağadәdәli mәhәllәsindә yaddaqalan toy-
lardan biri oldu vә o toyda Malıbәyli Köhnә Qaval İsgәndәr Nuh Nәbidәn
qalma qavalını qulağının dibinә sıxıb bir “Qarabağ şikәstәsi” oxudu ki, o
şikәstә “İsgәndәr daha qocalıb...” – deyәnlәrin birdәfәlik cavabını verdi vә
sübut elәdi ki, qızıl qaldıqca, qiymәti artır.