Page 436 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 436
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– İsgәndәr kişi, o tәrәflәrdә nә var, nә yox? – bunu axşam Bolelşik
Bufetçi İbadullanın bufetindә araq dümlәyib vә indi tәk gәlib dәniz
kәnarındakı qayalıqda oturaraq dәnizә baxan Cümü qışqırırdı, guya
Malbәyli Köhnә Qaval İsgәndәr ona cavab verәcәkdi ki, o tәrәflәrdә, yәni
o biri dünyada nә var, nә yox, orda işlәri yaxşı gedir, ya pis?
Şuşadan qaçaqaç düşәndә ermәniyә kömәk elәyәn rus әsgәrinin
“Kolaşnikov”u Malıbәyli Köhnә Qaval İsgәndәri ortasından biçmişdi vә o
qaçaqaçda onun yanında olan Mәmmәd kişi (Gözlә-Gәlirәm Mәmmәd) son-
ralar danışırdı ki, Malıbәyli Köhnә Qaval İsgәndәrin bәdәni ortadan ikiyә
bölünmüşdü, qurşaqdan yuxarısı bir tәrәfdә idi, aşağısı o biri tәrәfdә vә
hәmişәki göy çexollu qaval da elәcә әlindә qalmışdı.
Cümünün axşamlar Bolelşik Bufetçi İbadullanın bufetindәki araqdan
sonra hәrdәn tәk gedib o qayalıqda oturmağı var idi vә Cümüdәn başqa, bun-
dan heç kimin xәbәri yox idi – Cümüdәn başqa, bir dә ki, o tır-tırdan başqa,
436 çünki hәrdәn Cümüyә elә gәlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-
koslu Abşeron çöllәrinin sahibsiz itlәri, pişiklәri kimi bir şeydi.
– Ә, sәn öl, bir dәfә sәni götürüb dәnizә atacam! – bunu da Cümü
Bolelşik Bufetçi İbadullanın bufetindәn sonra o qayalıqda oturduğu vaxtlar
hәrdәn motorollerә (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında
nәsә bir günahı var idi.
Әksinә, Cümü gәrәk o motorollerin qara tüstü buraxan o paslı borusun-
dan öpәydi, çünki Buzovnadakı fәhlә yataqxanasının beşinci mәrtәbәsindәki
o altı nәfәri, özü, yәni Cümü heç, o beş nәfәri – Güllü arvadı, Sonanı,
Cәmilәni, Qalibi, Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elә ki
Bakıya gәlib çıxdılar, bu fәhlә yataqxanasında mәskunlaşdılar, elә ki Cümü
Bakı taksilәrindә özünә bir iş tapa bilmәdi, elә ki bir müddәt profilak-
toriyada, bir müddәt dә benzindoldurma mәntәqәsindә günәmuzd
işlәmәyindәn bir şey çıxmadı, onda Bolelşik Bufetçi İbadulladan borc
götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri aldı, tәmir
etdi vә fәhlә yataqxanasında yaşayan camaatın bir qismi, yәni uşaqlar – qo-
calar ki, hәlә yuxudan durmamışdılar, motorollerin sәsinә yuxudan
oyanmağa başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı,
sonra işә düşürdü.
Cümü, adәtәn, Maştağaya sürürdü, hәyәtdә heyvan saxlayan әtraf
kәndlәrin camaatı üçün saman, quru çörәk, cürbәcür yemlәr, toyuq-cücә
saxlayanlar üçün buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı vә
aparıb ev-ev satırdı. Misal üçün, quru çörәyin birini iki yüz manata alırdı,
iki yüz әlli manata satırdı, elәcә dә yem, arpa vә başqa bu kimi şeylәr, amma
elә ki yay gәlirdi vә imkanlı adamlar öz bağlarına köçürdü, kimsә, haranısa