Page 438 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 438
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
udmuşdu, bu gün dә hәmin gözәl futbol qәlәbәsinin davamı kimi, nәrddә
әli gәtirirdi vә sәhәrdәn bәri bazar günü olduğu üçün işә getmәmiş mәhәllә
kişilәrini, hәtta mәhәllәdә әn yaxşı nәrd oynayan hesab olunan vә ildә-ayda
bir dәfә uduzanda da qızarıb pәrtlәşdiyindәn, xoruz kimi, az qala, adamın
gözünü deşmәyә hazır olan Avtobus Ağadadaşı da bir-bir udurdu.
Qırx il idi ki, mәhәllә adamları da, kәnd camaatı da, Buzovnanın,
Zuğulbanın vә Vişnyovkanın yolayrıcında yay-qış hәmişә açıq olan bufetin
daimi vә qeyri-daimi müştәrilәri dә Bolelşik Bufetçi İbadullaya sadәcә
“Bufet” deyirdilәr vә çәkisi 160 kilodan çox olan Bolelşik Bufetçi İbadulla
ayaq üstә durub nәhәng qarnını qabağa verәndә, bu kişidә, hәqiqәtәn, bir
bufet әzәmәti hiss olunurdu. Kәndin birinci futbol azarkeşi olan Bolelşik
Bufetçi İbadulla hәr dәfә “Neftçi”, yaxud respublikanın yığma komandası
oynayanda, nә olursa-olsun, istәyir lap bufetinә müfәttiş gәlsin, mütlәq
Bakıya, oyuna baxmağa gedirdi vә elә ki bizimkilәr bir qol vururdu, bufet
438 әzәmәtli bu 160 kiloqramlıq bәdәn yerindәn elә hoppanırdı, elә bil o özü
dә 160 kiloqram yox, top kimi yüngül bir şey idi.
Hәmin sentyabr günü Sovet İttifaqı dağıldıqdan sonra özәllәşdirdiyi
bufetindә qışqabağı tәmir işlәri getdiyinә, bu tәmir işlәrinә dә bir vaqon
Zirә qarpızını Moskva bazarlarında satıb tәzә qayıtmış oğlu Ağasәlim cani-
dildәn rәhbәrlik etdiyinә görә, Bolelşik Bufetçi İbadulla hәmin sentyabr
günü bufetә getmәmişdi, küçәlәrinin hәyәt qapısı ağzında, builki meyvәsi
dә dәrilib qurtarmış qoca xartut ağacının kölgәsindә nәrd oynamaqla mәşğul
idi vә elә ki Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun itmәyi xәbәri gәlib
ona da çatdı, gonbul barmaqları arasında tutduğu balaca sәdәf zәrlәri xüsusi
bir hәvәslә atıb:
– Alә, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Vә zәrlәrin gәtirdiyi
növbәti “şeş qoşa”nı görüb gülә-gülә: – Bir evdә neçә xoruz olar?.. İki
xoruzun başı bir qazanda qeyniyәr begәm? – deyә zarafat etdi.
XIV
Bir dәfә, sәfeh gilavar әsәn bir payız axşamı idi vә o sәfeh gilavara
baxmayaraq, Mәmmәd kişi yenә hәmin zeytun ağacının altındakı o sınıq-
salxaq skamyada oturmuşdu vә bu hәlә o vaxtlar idi ki, Mәmmәd kişi, ancaq
öz-özü ilә yox, başqalarıyla da danışırdı, bax, hәmin axşam Cümü motorol-
leri hәyәtdә saxlayıb yataqxananın blokuna girmәk istәyәndә Mәmmәd kişi
ondan soruşdu:
– Bura bax, ә, Cümü, ermәnilәr müsәlman olsaydı, ruslarnan Amerika
yenә onlara qahmar çıxacaqdılar?