Page 433 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 433
El÷in

yay vaxtı xlor iyindәn dayanmaq olmurdu, çünki aralığın hәr iki başında
tualet var idi vә mәrtәbәnin arvadları gecә-gündüz ora xlor tökürdülәr ki,
üfunәt-çirkab alәmi başına götürmәsin. Hәr halda, xlor iyi üfunәtdәn yaxşı
idi vә orası da yaxşı idi ki, bu yerlәrdә xlordan ucuz şey yox idi.

VIII

İzabel Xanukoff artıq yeddinci il idi ki, Birlәşmiş Millәtlәr Tәşkilatının 433
Qaçqınlar Üzrә Ali Komissarlığında işlәyirdi vә kәdәrli tәәssüratlarla dolu
çәtin işinin müqabilindә aldığı maaşın qәdrini bilirdi, amma bu dәfә, yәni
hәmin sentyabr günündәn beş gün әvvәl Azәrbaycana ezamiyyәt sәnәdlәrini
vә xәrclәrini alıb Ali Komissarlığın Cenevrәdәki ofisindәn çıxanda,
ürәyindәki o Ziba nostalgiyası onu marketlәrdәn birinә apardı vә Cenevrәdә
qiymәtlәrin çox baha olmasına baxmayaraq, İzabel Azәrbaycanda hansısa
bir azәrbaycanlı qaçqın qadına bağışlamaq üçün, yәni kiçik vә yaraşıqlı bir
şәxsi hәdiyyә etmәk üçün bir şüşә fransız әtri aldı – “EMPREİNTE” vә onu
hәdiyyә kimi gözәl bağlatdırdı.

Әlbәttә, o qaçqın azәrbaycanlı qadın bilmәyәcәkdi ki, әslindә, bu
hәdiyyә – bir vaxtlar Azәrbaycanda yaşamış vә Azәrbaycan sevgisini özü
ilә birlikdә Azәrbaycandan min kilometrlәrlә uzaq bir diyarda qәbrә aparmış
Ziba Xanukova adlı bir qadının hәdiyyәsidir, amma bunun nә dәxli var idi?
Әsas mәsәlә o idi ki, Zibanın ruhu şad olacaqdı.

IX

Hәmin sentyabr günündәn bir müddәt әvvәl mәlum oldu ki, növbәti
dәfә xaricdәn nümayәndәlәr gәlib qaçqınların hәyatı ilә tanış olacaqlar.
Fәhlә yataqxanasında yaşayan arvadların bir neçәsi hәyәtdәki krantın
qabağında dayanmışdı vә günortalar çox işlәndiyi üçün suyu yataqxananın
yuxarı mәrtәbәlәrinә qaldırmağa nasosun gücü çatmadığına görә, arvadlar-
dan kimisi bir vedrә su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu,
amma evә (otaqlara) qalxmağa tәlәsmirdilәr. Bu krantın yanı yeganә yer idi
ki, qaçqın arvadlar orada bir-birindәn tәzә xәbәrlәri eşidirdilәr, Allahın hәr
verәn gününün qayğılarını, әzab-әziyyәtlәrini bölüşürdülәr, kiminsә,
nәyinsә qarasına danışırdılar, ürәklәrini boşaltmağa fürsәt tapırdılar.

Krantın arxa tәrәfindә üç dәnә böyük iydә ağacı var idi vә kәndin
camaatı deyirdi ki, vaxtilә buralar başdan-başa neftxuda Mәşәdi Ağarәhim
Mir Abdulla oğlunun iydә, innab, badam vә püstә bağı olub, sonra, yәni
   428   429   430   431   432   433   434   435   436   437   438