Page 428 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 428
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

şahidi olurdu ki, İsraildә yaşayan yәhudilәr, hәtta SSRİ-nin başqa res-
publikalarından, Rusiyanın özündәn, Ukraynadan, Belorusiyadan İsrailә
köçüb gәlmiş yәhudilәr Qubanı tanımayanda, Avropadan köçüb gәlmiş
yәhudilәr isә bәzәn Azәrbaycanın da adını birinci dәfә eşidәndә, Ziba necә
pәrt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmәdi, deyәndә ki, mәn Qubadan
gәlmişәm, bәzәn adamlar elә başa düşürdülәr ki, söhbәt Kubadan gedir vә
tәәccüb edirdilәr: “Kubada da yәhudilәr var?”, guya Fidel Kastro var idisә,
orada yәhudi ola bilmәzdi, amma Zibaya tәsir edәn bu deyildi, o idi ki, bu
insanlar Quba kimi bir yerin heç adını da eşitmәyiblәr vә belә vaxtlarda
Ziba elә bil Qudyalçayın, Qәçrәş meşәlәrinin, igidlәrin at oynatdığı Quba
dağlarının qarşısında xәcalәt çәkirdi vә ağlamsına-ağlamsına İzabelә
deyirdi:

– Sәnin oğlun olanda adını Aydın qoyacam!..
428 Mәsәlә burasında idi ki, Ziba hәlә onuncu sinifdә oxuyanda – 1959-

cu ildә (keçәn әsrin ortalarında!) – Qırmızı Qәsәbәnin dram dәrnәyindә ilk
dәfә azәrbaycanlıların mәşhur bir dramaturqunun әsәrindә Gültәkin rolunu
oynamışdı vә Aydın da Gültәkinin sevgilisi idi.

Anasının bütün bu söhbәtlәrinin hamısı İzabelin uşaqlıq xatirәlәrinә
hopub qalmışdı vә bir dәfә bu ad – Aydın – yenә onun yadına düşәndә
İnternetә baxdı vә tәkcә belә bir mәlumat aldı ki, Türkiyәdә Aydın
Hәtiboğlu adlı bir şair var, amma Zibanın, әlbәttә, Aydın Hәtiboğlundan
xәbәri yox idi vә İzabel bәzәn, az qala, cismani surәtdә hiss edirdi ki, oğlu
olsa vә oğluna Aydın adı qoysa, Zibanın ruhu şad olacaq.

Amma İzabelin, hәlә ki, әrә getmәk fikri yox idi.
Düzdü, dünyada qaçqınlar çox idi, İzabelin dә işi qaçqınlarla bağlı idi
vә qaçqınların hәyatı, onlarla hәr bir görüş yalnız mәnfi emosiyalar verirdi,
düzdü, bu cavan qızın ürәyindә daimi bir ana nostalgiyası var idi, amma,
hәyat ki, tәkcә qaçqınlardan vә tәkcә o nostalgiyadan ibarәt deyildi...

III

Xәzәrin sahilindә, Buzovna ilә Zuğulbanın arasında sal qayalıq var idi
vә yüngül meh әsәn sakit gecәlәr, xüsusәn sәhәrә yaxın, dәniz uğuldayanda,
elә bil bu qayalar da dәnizin uğultusuna sәs verib uğuldayırdı vә evlәri
sahildәn tәxminәn bir yarım-iki kilometr aralıda olan Ağadadaş elә yuxuda
ikәn o dәniz-qayalıq uğultusunu eşidirdi – bu, tәhtәlşüur bir hissiyyat idi vә
hәyatının әn gәrgin, әn qayğılı, әn yorğun günlәrindә belә, sәhәrә yaxın
yuxuda eşitdiyi (hiss etdiyi?) o müştәrәk uğultu Ağadadaşın bütün vücuduna
   423   424   425   426   427   428   429   430   431   432   433