Page 423 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 423
Azÿr Abdulla

Qәzәnfәr maşını Әlabbasın әt dükanında saxlayıb yerә düşdü. Gülә- 423
gülә Köçәriyә baxıb dedi:

– Yağış yağır, gәl aşağu, beş dәyqәyә maşını silim, gedәy.
Musiqi mәktәbinin tәlәbәlәri iki-bir, üç-bir maşına sarı gәlirdilәr.
Qızlardan biri Köçәrini gördü, yavaşca nәsә dedi, yanındakı yoldaşları da
çevrilib Köçәriyә baxdılar. Bu, Köçәrinin gözündәn yayınmadı. O, yerә
atıldı. Plaşının düymәsi maşının qırağına ilişdi, әl boyda “Q” şәklindә
cırıldı. O, üzünü Qәzәnfәrә tutub:
– Eşşәk! Donuz oğlu, donuz!..
Köçәri tәlәsik çevrilib yeyin addımlarla musiqi mәktәbinә sarı irәlilәdi.
O, uzaqdan Gülgәzin sinif yoldaşı Fuadı gördü. Bir oğlanla tund-narıncı
“Volqa”sına yaxınlaşırdı. Köçәri salamlaşmadan onların yanından ötüb ikin-
ci qata qalxdı.
Әllәrindә not dәftәri, xәz paltolu qızlar sәkilәrlә enib-qalxırdılar.
Bәzilәri Köçәrini tanıyırdı, Köçәri onların heç birinin üzünә baxmadı.
Otaqlardan piano, tar, skripka, violonçel sәsi gәlirdi. Kimi qamma çalırdı,
kimi muğamat, kimi dә etüd. Otaqların hansındasa tenor sәslә Koroğlunun
ariyası oxunurdu. Sәs tez-tez kәsilir, yenidәn eşidilirdi.
Köçәri otuz üçüncü otağa yaxınlaşdı. Bilirdi ki, bu saat Gülgәz solfecio
dәrsindәdir. Qabaqlar bir yol Gülgәzi axtaranda gәlib hәmin otağa çıxmışdı.
Yavaşca qapının deşiyindәn içәri baxmışdı. İçәridәki qızların hamısı
ona ağappaq görünmüşdü. Üzlәrindәn bәxtәvәrlik, sevinc yağan bu qızlar
qu quşları kimi bәmbәyaz uzun boyunlarını irәli uzadıb oxuyurdular.
Köçәrinin arvadı qızlardan seçilmirdi. Onların incә, şirin, bir az kövrәk vә
mәlahәtli sәslәri Köçәrini götürmüş, onu göyün yeddinci qatına qaldırmış,
bәlkә dә, daha uzaqlara aparmışdı. Qızların ağappaq, şümal әllәri, gözәl
barmaqları, daranmış dümdüz, burma tellәri, gözә görünәn hәr şey nağıl
kimi Köçәrinin yadında qalmışdı.
Köçәri qapını hirslә açdı. Qızlar “Yaylaq gülü” şәrqisini oxuyurdu:

Әsәn yellә uça-uça gәlmisәn,
Yaylaq gülü, lәçәklәrin bәs hanı?..

Köçәri bir anda hamını gözdәn keçirdi. Gülgәzi görmәdi. O, qapını
geniş açıb bir addım irәlilәdi. Plaşının sonuncu düymәsini açdı. Köhnә
kostyumu göründü.

Sinifdәkilәrin hamısı onu başdan-ayağa süzdü.
– Gülgәz gәlmәyib?
   418   419   420   421   422   423   424   425   426   427   428