Page 425 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 425
El÷in
Elçin
(1943)
425
Xalq yazıçısı, Әmәkdar incәsәnәt xadimi, Azәrbaycan
Dövlәt mükafatı laureatı, dramaturq, tәnqidçi, әdәbiyyatşünas
alim. “İstiqlal” ordeni ilә tәltif edilib, bir sıra beynәlxalq
mükafatlara layiq görülüb. “Min gecәdәn biri” adlı ilk
hekayәlәr kitabı 1965-ci ildә nәşr edilib. “Epitafiya”, “On ildәn
sonra”, “Baladadaşın ilk mәhәbbәti”, “Qış nağılı”, “Talvar”,
“Bülbülün nağılı”, “Parisdә avtomobil qәzası”, “Beş dәqiqә vә
әbәdiyyәt”, “Sarı gәlin”, “Bir görüşün tarixçәsi”, “Toyuğun diri
qalması”, “Ölüm hökmü” kimi iyirmidәn artıq nәsr kitabının,
“Poçt şöbәsindә xәyal”, “Ah, Paris, Paris”, “Mәnim sevimli
dәlim”, “Qatil”, “Qisas”, “Şekspir”, “Sәnәtkarın taleyi”,
“Cәhәnnәm sakinlәri”, “Teleskop” pyeslәrinin müәllifidir.
“Şekspir” pyesi Nyu-York, London vә İstanbul teatrlarının,
“Mәnim sevimli dәlim” pyesi Türkiyә Dövlәt Dram Teatrının, o
cümlәdәn Ankara, Antalya, Qars teatrlarının sәhnәsindә tama-
şaya qoyulub. Ssenarilәri әsasında “Ömrün sәhifәlәri”, “Arxa-
dan vurulan zәrbә”, “Gözlә mәni”, “Gümüşü furqon”, “Bağ
mövsümü”, “Sahilsiz gecә”, “Hökmdarın taleyi”, “Mahmud vә
Mәryәm” kimi iyirmidәn artıq bәdii vә sәnәdli film çәkilib.
Әsәrlәri bir çox dillәrә tәrcümә olunub.