Page 420 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 420
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ağzında kazbek, ortayaşlı bir sürücü:
– Xaloğlu, çәkmәlәrini belә palçıqlı görürәm, diyәsәn, sәn dә mәnim
kimi qıraxlarda yaşayırsan?
Köçәri özünü o yerә qoymadı, acığını boğub dedi:
– Deyәsәn, siz dә mәnnәn yazmaq istәyirsiniz, hәrәnizi bir şey
maraqlandırır, sabah gәlәrsiz, sorğularınıza cavab verәrәm.
Direktor yana çevrilib üzütüklü, alçaqboylu, enlikürәk oğlana:
– Qәzәnfәr, sәn get.
Qәzәnfәr sağ әlini gödәkcәsinin cibindәn çıxarıb dedi:
– Yoldaş nәçәnniy, bu dәfә dә ayrısı getsin. İnanmursuz, jurnalistin
özünnәn soruşun, mәnnәn arası yoxdu.
Sürücülәrdәn:
– Alә, minnәtün olsun, şikülünü qәzetlәrünә vurallar. Kağuzlarunu çox
420 vaxt sәn daşımısan.
– Hәrü, әl әlu yuyar, әl dә üzü...
Doğurdan da, Köçәrinin Qәzәnfәrlә arası yox idi.
Bir yol anbarda maşınına kağız yüklәyirdilәr. Qapının yanındakı kağız
qurtardı. Maşın başqa qapının yanına çәkilmәliydi. Köçәri Qәzәnfәri
çağırmağa getdi. O, bir-birinin içindә olan başqa anbara keçәndә gördü ki,
Qәzәnfәr anbardarın kömәkçisi, yeniyetmә bir qızın bilәyindәn yapışıb.
Qızsa gülür, әlindәki dәftәrlә Qәzәnfәrin üzünә-üzünә vurur, әlini dartıb
çıxarmaq istәyir.
O gündәn sonra onların arası dәydi. Yeri düşdü-düşmәdi, Qәzәnfәr
Köçәriyә sataşırdı.
Birinci yol kağız aparanda Qәzәnfәr dә kömәk elәmişdi. İşçilәrlә tanış
olmuş, onların haqqında çox şey öyrәnmişdi. Maaşlarını, haralı olduqlarını
soruşmuşdu. Köçәrinin arvadının oxuduğu musiqi mәktәbinin yerini dә
bilirdi.
Qәzәnfәr putyovkaya qol çәkdirib maşına sarı gedәndә, avtoparkın di-
rektoru dedi:
– Qabaqca mebel fabriklәrinә dәy, dolablar hazır olsa, onları anbara
apar.
Qәzәnfәrin “Qaz 51” maşını köhnә idi. Gedәrkәn yan taxtaları yellәnir,
taqqıltı, çıqqıltı eşidilirdi. Maşının yanları tamam palçığa bulaşmışdı.
Köçәrinin qanı daha da qaraldı. Qәzәnfәr kabinkanın qapısını açdı.
– O biri qapı açılmır, gәl burdan keç.
Köçәri bir az da hövsәlәdәn çıxdı, ancaq yenә dözdü. Sakitcә dedi:
– Maşını niyә silmirsәn? Saxlayıb cәrimәlәyәrlәr ha.
   415   416   417   418   419   420   421   422   423   424   425