Page 424 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 424
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Köçәri arxada küncә yaxın oturmuş Gülgәzi gördü.
– Bir dәyqә bayıra çıx! Plaşını da götür!
Gülgәz dәhlizә çıxdı. Köçәri ona yaxınlaşıb hirslә – “qoluma gir” –
dedi.
– Nә olub, Köçәri?!
– Heç nә, gir qoluma!
Gülgәz bir şey anlamasa da, qorxudan Köçәrinin qoluna girdi. Köçәri
tәlәsmәdәn, heç kimin üzünә baxmadan, bir kәsi saymadan musiqi
mәktәbinin dәhlizini belәcә gәzdi.
Onlar bayıra çıxanda Köçәrinin gözü aralıda Qәzәnfәrә sataşdı. O,
maşını hәlә dә yuyurdu.
Köçәri o biri yana buruldu. Gülgәz qorxa-qorxa hey soruşurdu:
– Niyә dinmirsәn, ürәyimi üzürsәn, nә olub axı?
– Heç nә. Çoxdandır yağışlı havada gәzmirik...
424 Avtomat telefonun yanına çatanda o, әlini cibinә salıb, qәpiklәrini
çıxarıb baxdı.
– İki qәpikliyin varmı?
– Var.
Köçәri qәpiyi salıb nömrәni yığa-yığa saatına baxdı. Yenicә beşә
işlәyirdi. Bildi ki, iş yoldaşları çıxıb gediblәr. O, nömrәnin qalanını da yığdı.
Avtomat qәpiyi uddu. Köçәri redaktorun sәsini eşitdi.
– Alo... Alo!?
Köçәri gözlәnilmәz sәsdәn bir an özünü itirdi.
– Mәnәm, Gündüz müәllim. Köçәridi!
– Hә, eşidirәm.
– Uşaqlara deyin, gәlib kağızılara yiyә dursunlar, maşın musiqi
mәktәbinin yanındadı.
– Bәs sәn nә elәyirsәn, hardan zәng edirsәn?
– Mәn kabab yemәyә gedirәm...
Köçәri dәstәyi asdı. Gülgәz avtomat telefonun yanında donub-
qalmışdı. Yağış güclәnmişdi. Onlar dayanacağa tәlәsirdilәr. Birdәn Köçәri
dayandı. Kafeni göstәrib dedi:
– Tezdәnnәn acam, gәl adama bir buterbrod yeyәk.
Onlar kafeyә girdilәr. Ayrıldılar. Gülgәz kofe, Köçәri buterbrod almaq
üçün sıraya dayandılar.