Page 448 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 448
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinә qayıdırdılar, amma
bu dәfә qalan toyuqlar hindә idi. Qırmızı xoruzdan vә onunla itmiş iki
toyuqdan isә xәbәr yox idi, Balacaxanım bütün mәhәllәni, hәtta o biri yaxın
küçәlәri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnә stadionu nә qәdәr
axtardı, nә qәdәr soraqlaşdı, Qırmızı xoruzu vә iki toyuğu “gördüm” deyәn
olmadı.

Gecә düşәndә Ağadadaş Qırmızı xoruzun qarasına:
– Axmaq oğlu axmaq! – dedi. – Bilirdim ki, onun axırı elә belә olacaq!
Balacaxanım Qırmızı xoruzu tapacağına ümidini tamam itirib:
– Heç olmasa, – dedi. – Allah bir yetim-yesirә qismәt edәydi onları!..
Ağadadaş:
– O xoruzu ki mәn tanıyıram, o köpәyoğlunun yetim-yesirlә arası
yoxdu! – dedi vә hәmin payız günü birinci dәfә güldü. – Bizi bәyәnmәdi,
448 bәy axtarır...

XXIII

İzabel Xanukoff Ali Komissarlığın növbәti illik mәruzәsi üçün
Azәrbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan sәliqә-sah-
manla topladı, qeydlәrini etdi, bir sözlә, bu ölkәdәki işini bitirdi vә Ali
Komissarlığın Azәrbaycandakı nümayәndәliyindәn xahiş etdi ki, onu, heç
olmasa, bir saatlığa Qubaya, Qırmızı Qәsәbәyә aparsınlar.

Nümayәndәlikdә işlәyәn cavan vә yaraşıqlı (hәm dә hündürboylu!)
yerli – azәrbaycanlı bir oğlan hәvәslә razılıq verdi vә onun maşınında söhbәt
edә-edә, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kәnarda yerlәşәn
Qubaya, oradan da Qırmızı Qәsәbәyә getdilәr, vaxt az olduğu, qohumlarını
da tanımadığı üçün İzabel xüsusi olaraq heç kimlә görüşmәdi, tәxminәn
qırx dәqiqә bu kiçik Qәsәbәni, onun әtrafını gәzdi, ayaqqabılarını çıxarıb
Qudyalçayın dayaz sahili boyu bir az o tәrәf-bu tәrәfә qaçdı vә bütün içi ilә
hiss etdi ki, ürәyindәki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hәrarәt gәldi,
hiss etdi ki, o, bu kiçik yaşayış mәntәqәsini gәzdikcә, buranı hәr tәrәfdәn
әhatә edәn dağların axşamın alatoranında qaralmağa başlayan әtәklәrinә
baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

Sonra o cavan vә yaraşıqlı (hündürboylu!) oğlan İzabeli Qubanın
Qәçrәş meşәsindәki mәşhur kababxanada әsl Qafqaz kababı yemәyә dәvәt
etdi. 32 yaşına çatdığına baxmayaraq, İzabelin indiyә qәdәr hәlә heç bir
azәrbaycanlı, ümumiyyәtlә, heç bir qafqazlı ilә heç bir mәhәbbәt macәrası
olmamışdı vә Quba, doğrudan da, gözәl bir yer idi, sabah sәhәr Cenevrәyә
   443   444   445   446   447   448   449   450   451   452   453