Page 455 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 455
Mþvlud Söleymanlû

Tapdıq ata mindi, arıq at araba atlarını görüb qulaqlarını şәklәdi, içini çәkdi. 455
Arabada bir әsgәr var idi, bardaş qurub oturmuşdu. Sinәsi orden-medalla
dolu idi. Tapdıq yalnız yaxınlaşanda tanıdı ki, Cәfәr müәllimdi.

– Hamı yoldan sağlıqla, – dedi, – müәllim!
Gәlәnlәrin hamısının üzündәn öpürdü. Amma müәllimindәn utandı.
Elәcә papağını çıxartdı. Cәfәr müәllim diksindi:
– Ömrün uzun olsun, – dedi, – tanıya bilmәdim, bağışla.
Tapdıq dedi:
– Mәn Sarallı Qulamın oğlu Tapdığam, müәllim.
Cәfәr müәllimin gözlәrinin qabağında balacaboylu, irigözlü bir oğlan
canlandı. Hәmişә dәrsә hazır gәlәrdi. Әli göydә olardı. “Müәllim, mәn
danışım, mәn danışım”. Hәr sәhәr baxardın ki, axsaya-axsaya dәrsә gәlir.
Uşaqlar әyri Tapdıq deyib, cinlәdәrdilәr.
Cәfәr müәllim dayanıb tamaşa edirdi. Tapdıq da için-için ağlayırdı.
Elә onu Cәfәr müәllimin belә baxmağı ağladırdı. Arabaçı başını bulayırdı.
Atlar da burun-buruna verib qulaqlarını qırpırdılar. Cәfәr müәllim elә onu
dedi:
– Elә bilirdim indi yekә oğlan olmusan? Sonra da döndü yan-
yörәdәkilәrә dedi:
– Mәnim әlaçı şagirdim idi!
Poçtda işlәyәn nişanlı qız da orda idi. Yenә gözlәrini silirdi. Cәfәr
müәllimin sәsi dәyişmişdi, nazilib sönmüşdü. Onun sәsi Tapdığın
yadındaydı. Әlәsgәrdәn qoşmalar deyәrdi, yoğun kişi sәsiylә:

Adım Әlәsgәrdi, Göycә mahalım,
Dolanım başına, ay ağrın alım...

O qoşmaları Tapdıq әzbәr bilirdi. Hәmişә dә arıq atı minib yola çıxanda
oxumaq istәyirdi. Nә qәdәr elәyirdi, oxuya bilmirdi. Sәsi çıxmırdı.

Atı qamçılayıb kәndә xәbәrә getdi. Arabaçı da arabasını tәrpәtdi. Arıq
atı çoxdan idi, heç kәs belә qovmamışdı. Yola çıxanda sağrısından tәr
damcılayırdı. Tapdığın vurduğu qamçının ağrısı arıq at üçün yeni bir duyğu
idi. Arıq at da bu sevinci duymuşdu. Var gücü ilә kәndә sarı dartınırdı.

Araba yavaş-yavaş yalı qalxırdı. Kәndә yaxınlaşdıqca, Cәfәr müәllim
daha çox kәdәrlәnirdi. Ürәyindәn keçәnlәrdәn heç kәsin xәbәri yox idi.
Arabaçıya nazik, gücsüz sәsiylә deyirdi:

– Bu gündә heç bilmirәm, necә çıxacam anamın üzünә. Ağlayıb özünü
öldürәcәk. Oğlum indi yekәlәnib yekә kişi olub. Mәni belә görsә, sıxılacaq
   450   451   452   453   454   455   456   457   458   459   460