Page 459 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 459
Sara Oüuz

Ehtiraslı gecә

Beton evlәrin boğucu istisindәn qaçıb hәyәtdәki söyüdün 459
kölgәsinә doluşan arvadların hamısı birdәn başlarını döndәrib,
blokun ağzında dayanan maşına baxdılar. Maşından bәstәboy,
geyimli-kecimli bir qadın düşüb, qapını saymazyana çırpdı. Bahalı donunun
әtәklәri yerişinә bahәm, silkәlәnә-silkәlәnә blokun qapısından içәri keçib
yox oldu. Maşın nәriltiylә yerindәn qopdu, arvadların әsәblәrini gәrәn bir
sәslә dönüb uzaqlaşdı. Bu sәsdәn әtlәri ürpәşmiş arvadlar gәnc qadının
dalınca deyindilәr.
– Boyuvu yerә soxum. Arvadların adını batıran boyuvu... – deyә söyüd
budağıyla ayaqlarının milçәyini qovlayan kök qadın hirslә budağı ayağına
çırpdı. Sonra – Toyuğumuzdur da... – deyib, qarnı silkәlәnә-silkәlәnә güldü.
O biri arvadlar da ona qoşuldular. Hәrәsi bir eyhamlı söz deyib, lәzzәtlә
gülüşdülәr. Kәnddәn tәzә köçüb gәlmiş ailәnin gәlini qımışa-qımışa
soruşdu.
– Toyuq niyә?.. Nә toyuq?
Kök arvad tәzәdәn şaqqanaq çәkdi:
– Bilmirsәn? – dedi, – Toyuq lәtifәsidi dә-ә..
Gәlin utana-utana:
– Yox, nә lәtifәdi o elә? – dedi.
Arvadlar yenә gözlәri yaşaranacan gülüb, hәrәsi bir tәrәfdәn gәlinә
toyuq әhvalatını başa salmaq istәdilәr.
Kök arvad onların sözlәrini ağzında qoyub, gәlinә üzünü tutdu:
– Ağәz – dedi, – bir kişi gәlir evinә, arvadına deyir ki, ölürәm acından.
Arvad deyir, yemәyә heç nә yoxdu. Kişi soruşur, yumurta da yoxdu? Yoxdu,
deyir arvad. Amma qonşunun toyuğu bu gün yumurtlayıb. Gedim onlardan
gәtirim? Gәtir, deyir kişi. Arvad qonşudan yumurtanı alıb, qayğanaq salır.
Gәtirib kişinin qabağına qoyur. Kişi çörәkdәn kәsib, tikәsini qayğanağa
uzadanda yadına nә düşürsә, arvadından soruşur ki, bәs bilmirsәn qonşunun
xoruzu var, ya yox? Arvad deyir, bilmirәm. Kişi tәzәdәn arvadı qonşuya
göndәrir ki, get yaxşı-yaxşı öyrәn. Arvad haçandan-haçana qayıdıb gәlir vә
deyir ki, öyrәndim. Özlәrininki yoxdu, amma qonşunun xoruzu hәmişә
onlardadı. Kişi qayğanağın dadına da baxmayıb tavalı-zadlı tullayır ki, mәn
gәzәyәn toyuğun yumurtasını yeyәmmәrәm.
Kök arvad gülmәkdәn yaşarmış gözlәrini әlinin dalıyla silәrәk, utancaq
gәlinә: – “Hindi bizim mәhlәnin toyuğu da budu” – dedi.
   454   455   456   457   458   459   460   461   462   463   464