Page 454 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 454
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
maşın gәlәcәk, dayanacaq evlәrinin qabağında. O da minib yenә qayıdıb
gedәcәk.
Mәdәtin muştuluğunu verdilәr, qayıdıb getdi. Ardınca baxıb, – ayağı
sayalı uşaqdı, – dedilәr. Atasına oxşayıb, atası da xeyirxәbәr adamıydı.
Fağırın amma sәsi-sorağı çıxmadı. Sәn rastına sal, hey!
Mәdәt ayaqlarını güclә atırdı. Elә bil bayaq quş kimi uçan uşaq bu de-
yildi. Elә bil Tapdıq da onu indi görürdü. Boynu lap nazik idi. Tapdıq indi
bildi ki, Mәdәtә niyә tay-tuşları armud Mәdәt deyirlәr. Әynindә yamaqlı
şalvar var idi, ayağında quşburun çarıq. Tәkcә papağı tәzә idi. Onu da Sarı
kişi muştuluğa vermişdi.
Tapdıq dava qurtarandan heç kәsi muştuluqlaya bilmәmişdi. Gündә
gedib qonşu kәnddәn mәktubları gәtirәrdi. Saatlarla da oturub gözlәyәrdi
ki, bәlkә gәlәn oldu, Mәdәtә baxıb deyirdi:
– Zalım oğlu elә bil bulaq gözündә böyüyüb, olub muştuluq quşu! Gün
454 günorta idi. Hәlә dә qız-gәlin Hürü qarının evinә gözaydınlığına gәlirdilәr.
Telli qarı hәlә dә İsmayılın yanını kәsdirmişdi, hәlә dә soruşurdu:
– Yuxusun görmüşәm apaydın. Başına dönüm, ay İsmayıl, bә nә tәhәr
oldu, bu beş ildә görmәdin uşağı? Ürәyimә tıqqıltı salma. Niyә bir şey
demirsәn?
İsmayıl da suçlu-suçlu deyirdi:
– Bu gün-sabah gәlәcәk, ay Telli nәnә, arxayın ol, bu gün-sabah
gәlәcәk.
Poçtun vaxtı idi. Tapdıq atı yәhәrlәmәyә getdi. At vaxtını bilirdi.
Günorta harda olsa gәlib kәsdirirdi qapını. Tapdığı gözlәyirdi. İndi dә
Tapdıq getdi gördü ki, tövlәnin qabağında mürgü döyür. Yәhәrlәyib yola
çıxdı. Beş il idi, uşaqlar yolun ağzını kәsdirib mәktub gözlәyirdilәr. Tapdığın
әlinә baxırdılar. İndi dava qurtarmışdı. Mәktub gözlәyәn yox idi. Mәktubdan
qorxurdular. İndi bütün qapılara muştuluq lazım idi.
Tapdıq bәlәni aşdı. Mәdәtin quzusu otlayırdı, özü yox idi. Atın üstündә
dikәldi, gördü qaşdaca dayanıb yola baxır, keçib-getdi. Mәdәt heç dönüb
ona baxmadı da. Arıq at yenә dә poçtun qabağındakı dirәyә çatıb dayandı.
Yenә Tapdıq dirәkdәn tutub atdan düşdü, arıq at yenә başını dirәyә sürtdü.
Tapdıq içәri girәndә poçtda işlәyәn qız gözlәrini sildi, birdәn-birә
gülümsәdi, yaşlı gözlәri sevindi:
– Sizin Cәfәr müәllim gәlir, – dedi, – rayondan zәng elәmişdilәr. Get,
muştuluqla, ay Tapdıq. Mәnim muştuluğumu da sәn verәrsәn.
Tapdığın ürәyi uçundu:
– Yaxşı, – dedi, – lәlәmin canı üçün sәnin muştuluğun mәndә. Eşiyә
çıxdı. Gördü kәndin içiynәn at arabası qalxır. Arabanın içi dolusu ot var.