Page 481 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 481
Dilsuz

Sәnubәr xanım qәfildәn söhbәti dәyişdi: 481
– Deyirlәr mәşuqәlәrindәn biri gәlibmiş...
– Gәlsin dә...
– Mağarda da xeyli oturub...
– Otursun dә... Nә olsun?
– Heç nә... İstәyir lap qәbrinin dә üstünә getsin... Qışqırsa, sәsi
eşidilmәz ki?
– Kimin? Teymurun, ya mәşuqәsinin?
– Әşi, Teymurun. Mәşuqәsi qışqırır, cәhәnnәmә qışqırsın...
Sәnubәr xanım sözünә ara verdi. Sonra yavaş, lap yavaş sәslә dedi:
– Son vaxtlar sәndәn şübhәlәnmişdi. Deyirdi, nahaq gәtirdim onu
kәnddәn...
– Sәndәn necә, şübhәlәnmişdi?
Sәnubәr xanım bir xeyli susduqdan sonra:
– Hә, – dedi.
Bu dәfә dә Gündüz söhbәti qәfildәn dәyişdi:
– Cәlil nә yaxşı bu işә razı oldu?
– O, pula görә hәr şeyә gedәr. Bilirsәn, nә krısadı? Әlacı olsa, o
qәbirdә qalan telefonun da pulunu mәndәn alar.
– Bәs, Afәt, Tәbriz?
– Onlara da bir gün ağlamayıb. Xәsis var, xәsis var, ta belәsi
görünmәyib. Mәncә, mәşuqәlәrinә dә heç yaxşı baxmayıb. Pulu yığırdı...
yemirdi...
Gündüz mәnalı tәrzdә dedi:
– Mәsәl var, deyir, malyemәzin malını yeyәrlәr...
– Üstündәn dә su içәrlәr... Bu gündәn olursan şirkәtin direktoru.
Tәbrizi dә götürürsәn özünә müavin... Yaxşı?
– Bәlkә, gözlәyәk qırx çıxsın?
– Әşi, qırxdı dә... çıxacaq... Sәn işinin üstündә ol...
Gündüz başı ilә “hә” deyәndәn sonra, bir dә Kamilә zәng vurdu vә
başını bulaya-bulaya:
– Açmır. Әşi, cәhәnnәmә açsın, gora açsın, gecә gecәdәn keçir, daha
innәn belә nә zәng? Söndürürәm, yataq...

***

Teymur zәng sәsinә huşdan ayıldı, telefonun zәif, bәnövşәyi işığında
dar bir yerdә olduğunu, ağa büküldüyünü gördü. O, dumanlı şәkildә olsa
da, elektrik xәttinә toxunduğunu, top kimi göyә qalxıb, yerә düşdüyünü,
   476   477   478   479   480   481   482   483   484   485   486