Page 484 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 484
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Hardan?
– Qәbirdәn...
– Başa düşmәdim, ölmüsünüz?
– Yox, görmürsünüz ki, sağam? Mәni tok vurub, elә biliblәr ki,
ölmüşәm, gәtirib basdırıblar...
Sәs gәlmәdi. Teymur telefonda iki hәkimin bir-birilә danışığını eşitdi:
– O nә istәyir?
– Deyir tok...
– Onu eşitdim. İndi biz nә etmәliyik? Qәbri açmalıyıq?
– Yәqin ki...
– Ona ölüm haqqında arayış verәn hәkim, hәr kimdi – itdi-qurddu,
hәmkarımızdı, ayağını tapdalayacağıq? Dәstәyi qoy yerinә.
Teymur tәkcә bunu deyә bildi:
484 – Siz Allah, bunlara baxın!.. Özlәri dә Hippokrat andı içiblәr!..
O, bir qәdәr özünә gәlәndәn sonra, 101-ә – yanğınsöndürәnlәrә zәng
vurdu:
– Qardaşlar, kömәk edin.
– Nә olub?
– Mәni tok vurub, elә biliblәr ölmüşәm, gәtirib basdırıblar... İndi
qalmışam qәbirdә...
– Ә, bәlkә, cәhәnnәmә düşmüsәn, qır qazanını yandırıblar? Ora bizim
sahә deyil, sәn zәng elә şeytana.
Uğursuz telefon danışıqları Teymuru haldan saldı, nәfәsi tıncıxdı, o,
bir müddәt yarıoyaq, yarıyuxulu vәziyyәtdә qaldı, nәhayәt, birtәhәr özünü
әlә alıb, 102-yә zәng vurdu:
– Cәnab polis...
– Eşidirәm...
– Mәni tok vurub...
– Bәxtin gәtirib ki, ölmәmisәn...
– Mәsәlә burasındadır ki, bәxtim gәtirmәyib, elә biliblәr ölmüşәm,
gәtirib basdırıblar, indi qәbirdәyәm... Әlim heç yana çatmır. Mәni xilas edin! –
Sonra polisi şirniklәndirmәk mәqsәdilә әlavә elәdi: – Yarım milyarda yaxın
da pulum var. Xәcalәtinizdәn çıxacağam...
– Hansı qәbiristanlıqdasan?
– Bilmirәm...
– Teymur polislәrin öz aralarında nә danışdıqlarını eşitdi.
– Rәis, deyir, tok vurub, ölmüş bilib, basdırıblar...
– Basdırıblar?
   479   480   481   482   483   484   485   486   487   488   489