Page 487 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 487
suz

diplomu ilә bitirib... dünyanın harasında konfrans olsa, çağırırlar. Aaaa... 487
konfrans dedim yadıma düşdü, bu gün Şeyx Nәsrullahçıların da kon-
fransıdı... Bu bәdbәxt oğlu bәdbәxti dә ora nümayәndә seçiblәr, gәrәk
çatdıraq...

Cәlil tibb bacılarının üzünә baxdı, elә bil içindә nәsә bir narahatçılıq
vardı:

– Bunlar...
Hәkim onun nә demәk istәdiyini dәrhal anladı:
– Hә, bunlar... Anadangәlmә “lal” vә “kar”dılar... arxayın ol... Biz
gedәk... Sәn dә lәngimә, iş gününün axırına kimi mütlәq gәl... Yaxşı?
– Yaxşı.
Hәkim vә şәfqәt bacıları gedәndәn sonra Cәlil Sәnubәr xanıma
yaxınlaşdı:
– Hәkimlә şәfqәt bacıları da oldular sirr ortağı. Üçünә bir pay bәsdi.
Sәnubәr xanım heyrәtlәndi:
– Sәn nә danışırsan? Hәkimә o qәdәr pul?
– Bәs nә! Badamcıq vә yaxud kor bağırsaq kәsmir ki, üçdәn-beşdәn
verәsәn. Beş adamı hәbsdәn qurtarır. Üstәlik, Allah qarşısında da günaha
batır.
Tәbriz dillәndi:
– Bizim kimi...
Cәlil söhbәti dәyişdi vә elә bil birdәn cuşa gәldi: – Lotu, deyәsәn,
maşını sürdün ha! – Sonra әllәrini azca yuxarı qaldırıb, rulu sağa-sola
bururmuş kimi hәrәkәt elәdi: – Bjjjjjjj!..
Tәbriz dә, eynәn onun kimi, әllәrini yuxarı qaldırıb, rulu sağa-sola
bururmuş kimi hәrәrkәt elәdi vә dedi:
– Cәlil müәllim, bjjjjjj yox, vjjjjjjjj!..
Sәnubәr xanım başını buladı:
– Di, innәn belә nә qәdәr öcәşirsiniz, öcәşin, heç vecimә dә deyil...

***
Qırx çox sakit keçdi.

Mәrasim başa çatdıqdan sonra, sirr ortaqları qonaq otağına
yığışmışdılar. Heç kim danışmırdı. Birdәn Tәbriz sükutu pozdu:

– Qırx gün keçdi. Görәsәn öldü?
Heç kim ona cavab vermәdi...
Uzun sükutdan sonra Cәlil dedi:
– Mobil telefonlarınızı aça bilәrsiniz...
   482   483   484   485   486   487   488   489   490   491   492