Page 488 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 488
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Seyran Sәxavәt
(1946)

488

Yazıçı, dramaturq. Әmәkdar incәsәnәt xadimi.
Azәrbaycan Dövlәt Universitetinin Şәrqşünaslıq fakül-
tәsini bitirib. “Әdәbiyyat vә incәsәnәt” qәzetindә әdәbi işçi,
“Ulduz” jurnalında nәsr şöbәsinin müdiri vәzifәlәrindә
çalışıb. Bәdii yaradıcılığa 1962-ci ildә dövri mәtbuatda
dәrc edilәn şeirlәri vә publisist yazıları ilә başlayıb. 1970-ci
ildә “Adalar”, 1977-ci ildә “Mәnim planetim” adlı şeir
kitabları nәşr olunub. Hekayә vә povestlәrdәn ibarәt
“Hamı elә bilirdi ki” adlı ilk nәsr kitabı 1982-ci ildә işıq
üzü görüb. Ümumilikdә sәkkiz nәsr kitabının, o cümlәdәn
“Daş evlәr”, “Dar köynәk”, “Nekroloq”, “Polad toxumu”,
“Yüz ilin kişisi”, “Yәhudi әlifbası” adlı roman vә povest-
lәrin müәllifidir. “Nekroloq” romanı 2002-ci ildә Azәr-
baycan Yazıçılar Birliyinin “İlin әn yaxşı romanı”
nominasiyası üzrә Yusif Sәmәdoğlu adına mükafata layiq
görülüb. “Qızıl teşt”, “Büst”, “Qapıların o üzündә qalan
dünya” pyeslәri dәfәlәrlә tamaşaya qoyulub. A.Ebnoid-
zenin “İki ay kәnddә” romanını dilimizә çevirib.
   483   484   485   486   487   488   489   490   491   492   493