Page 491 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 491
ran Sÿxavÿt

sәsdәn kim diksinәr ki?... 491
Durum yazım ki: “Fatma içәri girәn kimi onlar bir-birinә sarıldılar,

bufetçi Sabir onun boynunu, boğazını, üz-gözünü, qabarıq sinәsini öpüşlәrә
qәrq etdi” vә sair, bu, yalan olardı, sizi bәlkә dә inandırardım, ancaq özüm
inanmazdım.

Fatma içәri girәn kimi keçib öz hәmişәki yerindә oturdu, bufetçi Sabir
dә qızdırdığı xörәyi sapılca qarışıq gәtirib stolun tәn ortasındakı qazanaltının
üstünә qoydu.

Әgәr mәn Fatmanı da, bufetçi Sabiri dә hәyatda şәxsәn tanısaydım,
Aşıq Әlәsgәrin o beytini yazıb konvertә qoyar, sonra da onların ünvanına
göndәrәrdim. Yüz faiz bilirәm ki, onların bu şeirdәn xәbәri yoxdu, oxu-
murlar dә zalım uşağı, kitab görәndә elә bil analarının oynaşını görürlәr.

– Fatma.
– Hay can...
– Mәnnәn yüz qram konyak içәrsәn?
– Sabir, qadan alım, sәnnәn zәhәr dә içәrәm, ancaq mәn heylә şeylәrin
dadını bilmirәm axı.
– Bilmirsәn, bil dana.
– Qorxuram e-e, Sabir.
– Nәdәn qorxursan, a-az?
– Qorxuram, başım gicәllәnәr... yıxılaram.
– Qorxma, yıxılsan, tutaram.
– Sabir, içsәm, sonra mәnnәn zәhlәn getmәz ki?
– Mәn içirәm... neçә dәfә görmüsәn elә burda; sәnin mәnnәn zәhlәn
gedir?
– Yox... Allah elәmәsin... ancaq sәn ayrı, mәn ayrı dana...
– Sәn niyә ayrı?
– Axı mәn zәnәn xeylağıyam...
– Noolsun?
– Axı deyillәr...
– Nә deyillәr?
– Deyillәr zәnәn xeylağı içirsә, pozğundu.
Bu sözdәn sonra bufetçi Sabir duruxdu, elә bil pozğun sözünü Fatmaya
yaraşdırmadı, ona qıymadı.
– Yaxşı, – dedi, – özüm içәrәm... hәmişә tәk içmәmişәm? – Fatmanın
üzünә baxmağa ehtiyac duymadı.
– İncimirsәn ki? – Fatma işvәlәndi.
   486   487   488   489   490   491   492   493   494   495   496