Page 496 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 496
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

qızarmış sifәti qıpqırmızı olana qәdәr güldü.
– Niyә heylә elәdin ki? – Sabir soruşdu.
– Birinci dәfәdi dana... qorxumdan heylә elәdim ki, canım tez

qurtarsın.
– Yaxşı, götür bir loğma çörәk ye... Acı dәyildi ki?
– Yox e-e... heç dilimә dәymәdi ha... elә, boğazımdan getdi içәri. Ancaq

boğazım bir az göynәyir.
– Götür limonad iç... keçdi?
– Hә...
Sabir saysız-hesabsız lәtifә bilirdi vә onları lәtifә stilindә dә dilinә

gәtirmәyi bacarırdı, çünki özü duzlu adam idi – elә bir ixtiyarım olsaydı,
duzsuz adamların lәtifә danışmasını qadağan elәyәrdim, çünki içinә aftafa
alırlar. Bu, doğrudan da belәdi; mәnim uşaqlıq dostum var, akademikdi,
dünyanın әn güclü alimlәrindәndi. Yüz dәfә eşitdiyi lәtifәni bircә dәfә
496 danışsın, adamın nә tükü tәrpәnir, nә dә heç harası. Ancaq Sabir ağzını açan
kimi uğunub gedirsәn. İndi o, yenә әsgәrlikdә olanda öyrәndiyi lәtifәlәrdәn
birini danışdı, Fatma gülmәkdәn dayana bilmirdi. Ancaq o lәtifәni sizә
danışa bilmәrәm, çünki bu, onların vәziyyәtindә, yalnız onlara aid idi – iki
nәfәrlik...

Fatmanın yanaqlarında bir cüt çiyәlәk qızarırdı, qırıb yeyәn lazım idi.
Ancaq nә sizin, nә dә yazıçının buna nә ixtiyarı, nә dә hünәri çatardı, lap
könlümüz istәsә dә – çünki Sabir kәlә kimi oturmuşdu yanında, ürәyi
istәyәndә dәrәcәkdi – әli ilә yox, dodaqları ilә... әzilәrdi axı...

– Sabir.
– Can Sabir. – Bu dәfә dә Sabir Fatmanın birbaşa mәtlәbә keçmәsinә
mane oldu, mәqamı gәlmişdi.
– Sabir...
– Can Sabir. – O, yenә mane oldu.
– Yaxşı, qoy sözümü deyim dә... – Fatmanın özü o qәdәr olmasa da,
işvәsi incidi. İncik işvә dә başqa bir alәmdi, bütün kişilәrә qismәt olsun.
– Sәn evlәnәssәn?
– Heç vaxt! – Sabir bu sualı yarımnormal qәbul elәdi.
– Niyә?
– Ay Fatma, sa-a ürәyim qurban, qırx yaşım var, bundan sonra nә
evlәnmәk? Qırxında evlәnәn, gorunda xoşbaxt olar... bәlkә dә olmaz.
– Sәnin tayların hәlә indi-indi evlәnir, elәsi var heç evlәnmәyib dә...
– Fatma.
– Hay can.
– Qulaq as. Bax, günü sabah evlәndim. Bu gün-sabah nәvәm olacaq.
   491   492   493   494   495   496   497   498   499   500   501