Page 275 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 275
adi Babanlû

– Niyә insafsız söz deyirsәn, ay Xalıq? Mәn nә vaxt...
– Bәsdi, sәn Allah!.. Qaşınmayan yerdәn qan çıxarma!
Qarı kövrәldi. Boynunu büküb geri döndü, ara qapısını çәkib möhkәm-
möhkәm örtdü. Bu dәfә o, Xalıqdan tamam incimişdi.
Sübhәcәn heç biri yatmadı. Birinin yatağına inciklik qor doldurmuşdu,
o birinin sabahkı ayrılıq dәrdi әrşә çәkmişdi...

*** 275
Sәnubәr hәmişәkitәk tezdәn oyandı. Ocaq qaladı. Samovara od saldı.
Çay qaynayıb hazır olanda, sәliqә-sahmanlı süfrә açdı, qocaları bir-bir
sәslәdi. Dünәnәcәn gәlininin dillәnmәsinә mәәttәl olub, әlüstü yer-yerdәn
hay verәn, tezcә yuyunub onun ardınca süfrәnin başında iştahla әylәşәn qarı-
qocadan indi cavab gәlmәdi. Yalnız ikinci çağırışdan sonra Xalıq könülsüz-
könülsüz durdu, әl-üzünü yudu, süfrәyә yaxın oturdu; çaya-çörәyә әlini
vurmamış qәlyanını doldurub tüstülәtdi.
Bu sәhәr Sәnubәrin dә üzü gülmürdü. Onun da gözlәrinin ağına qan
çilәnmişdi. Bütün gecәni o da yatmamışdı. Yanaqlarının qırmızısı solmuşdu.
Xәcalәtli adamlartәk başını yerdәn qaldırmırdı.
Bir stәkan çayı zorla içdilәr. Sәnubәr yığışıb mәktәbә getmәyә
hazırlaşdı. Xalıq kişi hәyәtә onunla birlikdә çıxdı. Doqqazacan yanaşı
getdilәr. Burada Xalıq kişi ayağını saxladı. Qәlyanı dodaqları arasından
götürüb uzun müddәt boğuq-boğuq öskürdü. Sonra titrәk, qәhәrli sәslә:
– Qızım, – deyib bir dәqiqә yerә baxdı. – Biz sәndәn yerdәn-göyәcәn
razıyıq, qızım. Ananın südü sәnә halal olsun. Mәnim demәyә özgә sözüm
yoxdur. Get, xoşbәxt ol! Sәnin yaxşı sәdanı eşitmәk bizim bәsimizdir.
Xalıq kişi bu sözlәrlә ürәyinin fәryadını içindәcә boğdu. Bir-iki ağız
yenә öskürüb özünü әlә aldı. Gәlininin başını sinәsinә sıxdı, alnından öpüb,
gülümsәmәyә çalışdı.
– Di get, qızım. Tanrı sәnә yar olsun. Biz sarıdan nigaran qalma,
dolanacayıq. Hәlә o qәdәr dә әldәn-ayaqdan düşmәmişik. Beş-on günlük
ömrümüzü birtәhәr başa vuracayıq.
Sәnubәr dinib-danışmadı. Örpәyinin ucunu gözlәrinә basıb,
addımlarını yeyinlәtdi.
Xalıq kişi onu gözdәn itirincә dayanıb dalınca baxdı. Sonra qayıdıb,
hәyәtdә gözünә dәyәn qonşu uşağını yanına çağırdı:
– Yüyür idarәyә. Gör, sәdrdәn, briqadirdәn kimi tapırsan. De ki, Xalıq
babama bir saatlıq araba lazımdır. Versin, gәtir, gәl!
Gülüstan qarı yataqdan hәlә durmamışdı. Burnunun ucunadәk
büründüyü yorğanın altından gözlәri xıppıldayırdı. Xalıq kişi onu narahat
   270   271   272   273   274   275   276   277   278   279   280