Page 277 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 277
adi Babanlû

Xalıq kişi içәri girdi. Mәclisә salam verib, tәmkinlә irәli yeridi. Ona 277
tezcә yer düzәltdilәr, aparıb yuxarı başda әylәşdirdilәr, qabağına isti xörәk
gәtirib qoydular. Ancaq o, heç nәyә әl vurmadı, bir stәkan çay istәdi vә or-
tada durub qalmış aşığa davam etmәk işarәsi verdi.

– Çal, aşıq, çal!
Aşığın sәsi daha şәn, daha gümrah dillәndi.
Xalıq kişi mәclisdә az oturdu. Çayını içib ayağa durdu, aşığa nәmәr
verib, toy yiyәsinә “toyun mübarәk”, – dedi vә gәldiyi kimi dә vüqarla,
tәmkinlә çıxıb getdi.
...Xalıq kişi evdәn çıxandan bәri Gülüstan qarı bir küncә qısılıb
oturmuşdu, gözünün yaşı qurumamışdı. Xalıq kişi gәlib onu yenә eyni
vәziyyәtdә tapdı, әyilib qolunu qarısının boynuna saldı, çömәlib onunla
yanaşı әylәşdi. Qәhәrdәnmi, sevincdәnmi, ya nәdәnsә sәsi titrәyә-titrәyә:
– Gözünün yaşını sil, ay Gülüstan, gәlinә sәn dә xeyir-dua ver, – dedi. –
Qoy getsin özünә ev-eşik qursun, oğul-qız anası olsun. Hәr bir kәs, ona
verilmiş ömrü insan kimi yaşamalıdı. Biz daha bu gün-sabahlığıq, köçümüz
yol üstәdi. Onu da özümüzlә qocaldıb, günaha batardıq.
Qarı dinmәdi. Yetimlәmiş uşaq kimi, yanıqlı-yanıqlı içini çәkdi.
   272   273   274   275   276   277   278   279   280   281   282