Page 148 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 148
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

İki ananın bir oğlu

Ozaman bizim şәhәrdә idarәlәr yerlәrini tez-tez dәyişәrdi. Uzun
müddәt bir binada qalan idarә az olurdu. Belә idarәlәrdәn biri
dә çay kәnarında, balaca bağ içindәki uşaq bağçası idi. Bu
bağça mәnim yolumun üstündә idi. Hәr sәhәr-axşam buradan ötәrdim. Әrik
vә gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, sәkidәn-
sәkiyә hoppanan uşaqlara tamaşa etmәkdәn doymazdım. Uşaqlıqda bağçada
yaşamadığımdanmı, keçәn günlәrin şirin xatirәsindәnmi, nәdәnsә bura-
dakılara qibtә edәr, saatlarla taxta mәhәccәrә söykәnib baxardım.
Bir dәfә evә qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir
hәyәcan, tәәssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar.
148 Bağça hәyәti isә izdihamdan görünmürdü. Hәr kәsdәn soruşdumsa,
müәyyәn cavab demәdilәr. Sәslәr gәlirdi:
– Su verin!
– Anasının bәxti üzdә imiş.
– Dayan bir görәk!
Mәn qapı ağzından sәkiyә çıxıb, hәyәtә baxdım. İki qadın oturmuşdu.
Biri yaşlı, başına ağ dәsmal örtmüş xidmәtçi idi. O birisi tirmә şallı, cavan
vә yaraşıqlı bir gәlin idi. Deyәsәn, hәr ikisi ağlayırdı. Tirmәli gәlin lap cavan
idi. Qucağında uşaq olmasaydı, ona hamı on sәkkiz yaşlı qız deyәrdi. Hal-
buki o, neçә bala böyütmüş tәcrübәli qadınlar kimi uşağı öpüb әzizlәyir, bu
qolundan o qoluna verir, bir tәrәfdәn ovutmaq istәyir, o biri tәrәfdәn dә özü
ağlayırdı. Bağrına basır, öpür, hәrdәn başını qaldırıb adamlara baxır, ipәk
dәsmalla gözünün yaşını silirdi. O birisi, ağ dәsmal örtmüş qadın uşağı
gәlinin әlindәn almaq istәyirdi, ala bilmirdi.
İçәridәn gәlәn çeşmәkli bir kişi hәr iki qadının qolundan tutub qaldırdı.
Onlar pillәkәnlәrdәn çıxıb otaqlara girәndәn sonra adamlar dağılışmağa
başladılar. Mәn tәrbiyәçiyә yanaşıb soruşdum:
– Bacı, o qadınlara nә olub?
– Heç nә, – dedi, – şükür Allaha ki, xata sovuşdu.
– Nә xata idi?
Tәrbiyәçi mәnim marağımı görüb yer göstәrdi. Mәn pillәkәn ağzındakı
kürsüdә oturdum. O nә üçünsә aşağı hәyәtә düşdü vә tez qayıtdı. Sanki
bayaq dediklәrinin ardını danışırdı:
– Şükür ki, xata sovuşdu. O gördüyün tirmәli gәlin uşağın anasıdır.
Neçә gündür kәnddә imiş. Bu gün qayıdıb oğlunu görmәk üçün bağçaya
   143   144   145   146   147   148   149   150   151   152   153