Page 153 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 153
Cÿlal

Sanki İdrisin yadına bir şey düşdü: 153
– Nazimә nәnәdәn mәnә bir xәbәr!
– Salamatdır. Hәr gün soruşur.
– Yenә bağçadamı olur? Onu yuxuda görmüşәm.
Qadının gözünә diqqәtlә baxanda, barmağımı dişlәdim: “Odur,
özüdür”. Mәn belә bir oğlanın Nazimәyә, o sonsuz qadına nәnә demәsinә
sevindim. İyirmi il әvvәlki ipәk dәsmalla göz yaşını silәn cavan gәlin, odur,
tәmkinli bir әsgәr anasıdır. Onun saçlarına dәn düşsә, gözlәri bir o qәdәr
dәrinlәşsә, dodaqları solsa da, gәncliyindәki mәlahәt itmәmişdir. O zaman
Nazimәnin qarşısında minnәtdarlıqla göz yaşları tökәn ana, indi
alicәnablıqla oğlunu ilk dәfә ona tәqdim edir. İdrisin bir dәfә nәnә dediyi
sonsuz qadını xoşbәxt etmәk istәyir. Mәn bunları xatırlayıb, açıq ana
ürәyinin qapalı alәmini düşünürdüm.
– Nazimә sizin nәyinizdir? – deyә soruşdum.
İdris dedi:
– Nәnәmdir!
Anası әlavә etdi:
– Uşaqlıqda buna oğul deyib.
– Yoxsa, eyvandan özünü atan uşaq...
Qadın mәnim üzümә baxdı:
– Deyәsәn, İdrisi tanıyırsınız?
– İdrisi yox, Nazimә xalanı tanıyıram.
İdris dedi:
– Özümü danışıb sizә? Düz deyirsiniz, eyvandan özünü atan mәn
olmuşam.
Mәn әhvalatı danışanda, İdris zarafata saldı.
– Körpәlikdәn, – dedi, – mәn ana yolunda canımdan keçәn olmuşam.
Qәdrimi bilәn gәrәk!
Bunu deyib şoferә tapşırdım:
– Qardaş oğlu, onları evә qoy, uşaq bağçasına sür, Nazimә ananı
götürәk.
Maşın dayanan kimi cәld düşdüm. Şoferlә bağçaya muştuluq aparmağa
getdim. Nazimә xalanın saçı ağarmış, qәddi bir qәdәr әyilmiş, sәsi dә boyu
kimi alçalmışdı.
– Xala, – dedim, – gәl әylәş maşına, oğlun İdris sәni çağırır.
Qadın diksinmiş kimi, düzәlib şax durdu.
– Doğrumu deyirsiniz?
Şofer israr edәndә, inandı.
– Neçә ildir ondan xәbәr yox idi.
   148   149   150   151   152   153   154   155   156   157   158