Page 150 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 150
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Qadının dәrdi nә idi?
Nazimә on beş ildәn artıq idi ki әrә getmişdi. Әri saatsaz Әli arvadını
sevirdi; özü başıaşağı, dinc vә pulqazanan bir kişi idi. Demәk olar ki, iki
nәfәrdәn ibarәt olan bu ailәnin heç zaman vә heç nәdәn korluğu olmamışdı.
Әli evini zәmanәyә layiq qurtarmaqdan başqa, Nazimәyә dә hәr cür paltar
vә zinәt şeylәri almışdı. Hәr qış onu kәndә, atası evinә qonaq göndәrәr, hәr
yayı Şimali Qafqaza, mәdәn sularına müalicәyә aparardı. Ancaq bunların
heç biri Nazimәyә tәsәlli deyildi. Çünki Nazimәnin övladı yox idi. O, evdә
oturduğu zaman döşәnmiş, bәzәkli otağını dәrin vә daimi bir sükut içinә
batmış görәrdi vә bu zaman bilmәzdi nә etsin. Öz әli, öz sәliqәsi ilә düzdüyü
ev şeylәri – çarpayıdan tutmuş sandığa, xalçalardan tutmuş gümüş qablara
qәdәr, hәr şey dәrin sükut içindә sahibinә baxıb, sanki soruşurdu:
– Bizi kimә tapşırırsan? Hanı sәnin balaların?
İllәr ötdükcә Nazimә bu hissin ağırlığını daha artıq duyurdu.
150 Bәdәnnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ
tüklәri görәndә sinәsindәn sәrin vә dәrin bir ah qopurdu. Ona elә gәlirdi ki,
bura, bu bәzәnmiş vә hәmişә öz sәliqәsindә qalan otaq ev deyil, qocalmaq,
ölümü gözlәmәk üçün bir tәnhalıq guşәsidir. Eyvana çıxar, çiçәyini tәzәcә
töküb, meyvәlәrini böyütmәkdә olan әrik ağacı gözünә sataşardı. Dayanıb
әtrafı dinlәyәndә, haradansa gülәn, ya oynayan uşaqların sәsi ucalanda,
Nazimә saatlarla dinlәmәk istәrdi. Sәslәr sönüb uzaqlaşanda Nazimә tez
hәyәtdәn çıxar, şәhәr küçәsinin izdihamına sәssizcә qarışardı.
Nazimәni uşaq bağçasında xidmәtә mәcbur edәndә dә ancaq bu ehtiyac
olmuşdu. O, burada – uşaqlar arasında bir tәrbiyәçi kimi keçirdiyi vaxtda
özünü ana kimi duyur vә xoşbәxt hiss edirdi.
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim.
Nazimәni görmәdәn qayıtmaq istәdim. Mәn onu balaca otaqda ahıl bir kişi
ilә oturub söhbәt edәn gördüm. Bu onun әri idi. Hәr ikisi ayağa qalxıb, mәni
çağırdı:
– Buyurun!
Qadın nә qәdәr israr etdisә, içәri girmәdim.
– Buyurun, nә qulluğunuz var?
– Xoşbәxt olasınız, sizdәn xahişim budur ki, gözünüz bu uşağın
üstündә olsun, – deyә dil tökdüm.
– Arxayın olun, mәn ona öz balam kimi baxıram.
Nazimә “bala” sözünü elә şirin, eyni zamanda elә bir hәsrәtlә dedi ki,
özü dә utandı. Mәn razılıq elәdim.
– Sizin qayğıkeşliyinizi görmüşәm, – dedim. – Siz baxan uşaq ana
qüssәsi çәkmәz.
Nazimә başını aşağı saldı, üzü dalana baxdı. Mәn gördüyüm hadisәni
xatırlatmaq istәyirdim.
   145   146   147   148   149   150   151   152   153   154   155