Page 147 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 147
Cÿlal

Mir Cәlal
(1908-1978)

147

Yazıçı, alim, әdәbiyyatşünas. Әmәkdar elm xadimi, filolo-
giya elmlәri doktoru, professor. “Qırmızı Әmәk Bayrağı”, “Ok-
tyabr İnqilabı”, iki dәfә “Şәrәf Nişanı” ordenlәri ilә tәltif edilib.
Kazan Şәrq Pedaqoji İnstitutunun әdәbiyyat şöbәsindә vә Azәr-
baycan Dövlәt Elmi-Tәdqiqat İnstitutunun aspiranturasında
tәhsil alıb. “Kommunist” qәzetindә şöbә müdiri, Azәrbaycan
Elmlәr Akademiyası Nizami adına Әdәbiyyat İnstitutunda elmi
işçi vәzifәlәrindә çalışıb. 1948-ci ildәn Azәrbaycan Dövlәt Uni-
versitetindә professor kimi fәaliyyәt göstәrib. 1961-ci ildәn uni-
versitetin Azәrbaycan әdәbiyyatı kafedrasının müdiri vәzifәsindә
çalışıb. “Yeni kәndin adamları”, “Söyüd kölgәsindә”, “Tәzә şә-
hәr”, “Gülbәslәyәn qız”, “Dağlar dilә gәldi”, “Silah qardaşları”
kimi nәsr kitablarının, “Dirilәn adam”, “Bir gәncin manifesti”,
“Yaşıdlar” kimi roman vә povestlәrin, “Vәtәn yaraları”, “Sadә
hekayәlәr”, “Hәyat hekayәlәri”, “Vәtәn”, “Lәyaqәt” adlı heka-
yәlәr toplusunun, “Füzulinin poetik xüsusiyyәtlәri”, “C.Mәm-
mәdquluzadәnin realizmi haqqında”, “Yolumuz hayanadır”,
“İnsanlıq fәlsәfәsi”, “Әdәbiyyatşünaslığın әsasları”, “Klassiklәr
vә müasirlәr” kimi çoxsaylı әdәbi-nәzәri, elmi kitabların müәl-
lifidir. Әsәrlәri bir çox dillәrә tәrcümә edilib.
   142   143   144   145   146   147   148   149   150   151   152