Page 144 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 144
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Barı gәlәcәyi olmasa belә – alver öyrәnsә idi. İndi onun bir çarәsi vardı.
Bu zәhmәtkeş ölkәsindәn çıxmaq, bu xalqdan, onu çox uzaq mәsafәlәrdә
buraxıb, ilәrilәyәn cәmiyyәtdәn başqa mәmlәkәtlәrә qaçmaq.

Qapı açıldı, saçları dağınıq iki kiçik qız danışa-danışa bir şey götürüb,
gurultu ilә çıxdılar.

Sofi uzandığı yerdәn sәsini çıxardısa da, mültәfit olan olmadı.
– Küçük balaları küçüklәr. Qapını da açıq qoyub getdilәr, – deyә
mırıldandı, ayağa qalxdı. Qapıya yetişdikdә aşağı evin açıq pәncәrәsindәn
hәna mәclisini gördü. Bütün qohum qadınlar, qızlar orada idilәr. Ayaqda bir
neçә qadın dolaşırdı. Onların arasında bacısı Zeynәbi tanıdı. O, gözәl bәdәni
üzәrinә tökülmüş hörüklәri, çırmalı qolları ilә ötә-bәriyә koşurdu. Bәzәn
üzü işığa düşdükdә qara saçlarının arasında, ağaran simasında gözlәri dә
görünürdü. Әlövsәt qapıya dayamış olduğu sol qoluna sıxıldı. İndi bacısı
144 yadına düşmüşdü. Bu dayirәdә Zeynәbdәn çox ona xatir-könül edәn, onu
sevәn yoxdu. Zeynәb balkona çıxdıqda, o da qeyri-iradi dışarı fırladı.
Mәsafә çox azdı. Çığırsa eşidәrdi.
– Zeyyy... Dalısı gәlmәdi.
Nә üçün çağırırdı? Böyük qızı, orada işi olan bacısını çağırıb ona nә
deyәcәkdi?
Geri döndü. O, içәri girdikdә Zeynәb dә qapını örtüb qeyb olmuşdu.
Artıq Sofiyә dinclik yoxdu.
– Әstәğfürullah! Lәnәt sәnә gәlsin, kor şeytan!
Bacısına qarşı olan arzusu birdәn o qәdәr şiddәtlәndi ki, onun mehriban,
nәvazişkar sәsini, nazik qәlbinin çırpıntısını belә eşitmәyә başladı.
Әlövsәt çoxdan Zeynәbi Allahın ona bәxş etmiş olduğu lütf kimi
görürdü. Hәyatda onu bilәn, ona tәsәlli verәn, onun dәrdinә qalan,
yemәyinә, paltarına baxan ancaq Zeynәbdi. Hәtta Kәrbәlada qalmaq arzusu-
nun bütün şiddәtinә rәğmәn, o, ancaq vәtәninә Zeynәbdәn ötrü döndüyünü
söylәrdi. Bunun şahidi Qәribdi.
Son illәr, Zeynәb yüngül yatalaq xәstәliyinә tutulduqda Әlövsәt
bacısının başına dönmüş, onun sağalması üçün o qәdәr nәzir-niyazda
bulunmuşdu ki...
Birdәn bacısının atlas tumanının xışıltısını eşitdi.
Yәqin edә bilmәdiyi bir hiss ona qımıldanmağa belә macal vermәdi.
Gözlәrini yumdu, canı çıxır kimi gözlәmәyә başladı.
– Sofi qardaş!
– Ox... yenә Sofi! Heç olmasa Zeynәbdәn bu sözü eşitmәsә!
Bacısının әlini çiynindә hiss etdi. Gözlәrini açdı: o, başının üstündә
tәcәssüm etmiş rәhmәt heykәlinin durduğunu zәnn etdi.
   139   140   141   142   143   144   145   146   147   148   149