Page 151 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 151
Cÿlal

– Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı? 151
Nazimә fәrәhlәndi, üzündә tәbәssüm oynadı, gözlәri parıldadı.
– Oğulluğa götürmüşәm, – dedi. – İdrisi oğulluğa götürmüşәm. Hәr
hәftә uşağı bizә gәtirirlәr.
– Necәdir? Sizә “ana” deyib yovuşurmu?
Bu sualdan qadının üzündәki tәbәssüm külәkdәn sönәn bir şam kimi
söndü. Simasına kәdәrli bir qaranlıq çökdü, kirpiklәri uzun gözlәrini yerә
dikmiş halda, soyuq bir ah çәkib, “bәli!” dedi vә qapını açıb, әrinә baxdı:
– Vaxtdır ha!
– Bu saat.
Kişi bu sözü demәmişdi ki, tәnәffüsün bitdiyini bildirәn zәng sәsi
bütün binanı başına aldı.
Mәn sualımdan peşman oldum.
– Hәr birimiz sәnә oğuluq, – deyә Nazimәnin kәdәrinә cavab vermәk
istәdim.
– Әlbәttә ki, – dedi, – böyütdüklәrimin hәrәsi mәnә bir oğul kimi
әzizdir.
Zәng sәsinә yerlәrindәn qalxıb hәyәtә tökülәn, әl-әlә verib oynayan
uşaqları görәn kimi Nazimәnin bütün әlәmlәri dağıldı; üzü güldü. Çox-
larının bezdiyi vә uzaq qaçdığı inadlı, şıltaqçı vә ağlağan uşaqları Nazimә
sanki әfsunla әlә alır, sakit edir, yoluna qoyurdu. Tәrbiyәçi vә xidmәtçilәr
çox uşağın anasından qabaq Nazimәni çağırır, onunla danışırdılar. Evindә
vә kәnarda bәzәn әsәbi, qaraqabaq, qaradinmәz görünәn bu qadının burada,
bağçada kәdәrlәndiyini, ya hirslәndiyini görәn olmamışdı. “Uşaq sәsi
mәnim ürәyimi açır”, – deyәrdi. Müxtәlif yaşlı, müxtәlif xasiyyәtli, müxtәlif
tәlәbli uşaqların bir-birinә qarışan sәs-küyü başqalarının qulağını qıdıqladığı
halda, Nazimәyә nәşә verәrdi. Bәzәn o, qanadını açmış cücәli toyuq kimi
hәyәtin ortasında dayanar, әtәklәrindә sallanan balalarının sözlәrinә,
qışqırtılı söhbәtlәrinә sakitcә qulaq asardı. Onların nazı ilә oynamaqdan,
onların qarşısında, yeri gәlәndә, bir uşaq kimi kiçilmәkdәn çәkinmәzdi. O,
uşağın sakit baxmasından, dil açıb danışmasından, gülümsәmәsindәn,
oynamasından, hәtta ağlamasından böyük bir hәzz alardı. Birisini razı salıb
susdurduqdan sonra başqa şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir
üsulla onun könlünü açmaq istәrdi.

***
Dünәn biz dәstә ilә vağzala, әsgәrlәri qarşılamağa getmişdik. Hәrә bir
hәdiyyә götürmüşdü. Mәnim dә әlimdә bir dәstә gül var idi. Bunu kimә
tәqdim edәcәyimi bilmirdim; çünki gәlәnlәrin arasında nә qohumum, nә dә
   146   147   148   149   150   151   152   153   154   155   156