Page 154 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 154
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– İndi özü gәlib.
Qadın az qaldı qanadlanıb uçsun.
Biz Nazimәni İdrisgilә gәtirdik. Bütün ailә onun ayağına qalxdı; onu
yuxarı başa keçirtdilәr. İdris onunla uzun-uzadı qucaqlaşdı.
Nazimә İdrisin çiyinlәrindәn tutub üzünә baxır, sanki vuruşmalarda
keçirtdiyi macәraları onun gözündә oxumaq istәyirdi.
– O ağır günlәrdә heç yadına düşürdümmü?
İdris doğma oğul kimi danışırdı:
– Bir gün dә yadımdan çıxmamışsınız!
Nazimә әllәrini göyә qaldırıb şükür edirdi.
– Mәnim dә oğlum var! Mәn dә әsgәr böyütmüşәm...
Bunu deyib, İdrisi tәkrar qucaqlayırdı.

154
   149   150   151   152   153   154   155   156   157   158   159