Page 159 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 159
di Höseyn

– Nә danışıram? Düz demirәm, vur başımı yar!.. Yoxsa mәnә danış- 159
mağı da qadağan eliyәcәksәn? Bәlkә, mәn yığıncaqlarda az boş-boğazlıq
elәdiyimә görә günahkaram! Bayram oldu, Heybәt tribunada, qurultay oldu,
Heybәt prezidiumda! Qәzetdә Heybәt, jurnalda Heybәt, radioda Heybәt,
kinoda Heybәt! Az qalıb ki, televizoru da Heybәtin evinә köçürdәlәr. O gün
qarım soruşur ki, “Ay Pirvәli, niyә sәnin baxtın gәtirmәyib? Niyә sәnin
haqqını alıb, Heybәtә veriblәr?” Mәn dә özümdәn çıxıb, ona dişimin
dibindәn gәlәni dedim... Sonra da peşman oldum. Uzun götür-qoydan sonra
gördüm ki, yazıq arvadın heç günahı yoxmuş... Şәxsiyyәt, şәxsiyyәt deyib
durursunuz. Elә o zamandan mәnim başım qapazlı olub. Niyә ki, durub
filankәsi tәriflәmәmişәm, demәmişәm ki, sәn olmasan, biz batarıq...
Görürsәn ki, onsuz batmadıq!..

Mәn onun sözlәrinә qüvvәt vermәk istәdim:
– Axı, ay usta, – dedim, – ancaq o, fikrimi düz başa düşmәyib, az qala
qışqırdı:
– Sözümü kәsmә! Ömrümdә bir yol da mәn boşboğazlıq elәsәm, dünya
dağılar?
– Usta, ay usta...
– Görünür, ustalıq azmış, gәrәk dil ustası olmağı bacarasanmış! – deyә
o, yaşına o qәdәr dә uyğun gәlmәyәn bir çevikliklә döndü vә mәnimlә
vidalaşmadan çıxıb getdi.

II
– O günün sabahısı usta Pirvәlinin dәniz buruğuna getmәliydim. Ancaq
dünәnki söhbәtimizdәn sonra tәrәddüd elәyirdim, düşünürdüm ki, indi o,
hәr sözümdәn inciyir vә әsәbilәşir. Aradan üç-dörd gün keçsә yaxşıdır, qoy
bir az hirsi soyusun, mәnim günahkar olmadığımı başa düşsün, görsün ki,
mәnә o cür ağır cavablar qaytarmaqla o qәdәr dә haqlı deyil. Usta Pirvәli
kimi adamlar adәtәn, hәr növ saxta qürur hissindәn uzaq olurlar, dünәn
tutduqları әdalәtsiz işin bu gün dәrin peşmançılığını çәkirlәr, nahaq
incitdiklәri adamlardan bәzәn, hәtta üzr belә istәyirlәr. Mәn buna inandığım
üçün, bir qәdәr sәbir elәmәyi qәrara almışdım, ancaq gündüz növbәsinin
qazmaçısı Qürbәt Kәrim mәnә zәng elәyib dedi ki, hәlә dünәn sәhәr
gәtirilәsi hematiti gözlәmәkdәn gözümüzün kökü saralıb, avara-sәrgәrdan
qalmışıq... Mәn telefonda danışa-danışa ayrı bir sәs dә eşidirdim, başa
düşürdüm ki, Pirvәli özü onun böyründә dayanıb, diktә elәyir, Qürbәt Kәrim
isә onun sözlәrini artırıb-әksiltmәdәn, tutuquşu kimi tәkrar elәyir:
– Qazma idarәsindә oturan tiplәr, bizim sözümüzü bu qulaqlarından
alıb o qulaqlarına verirlәr. Siz niyә onlara demirsiniz ki, burdakı camaat öz
   154   155   156   157   158   159   160   161   162   163   164