Page 161 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 161
di Höseyn

Fikrimә gәldi ki, “Mәni uzaqdan görüb, qәsdәn gizlәnib... Hә, demәli 161
acığı soyumayıb...” Gözlәrimi dolandırıb onu axtardım. Yox, görünmürdü.
Buruğu gәzdim, fәhlәlәrlә salamlaşdım, hal-әhval bildim. Deyәsәn, burda
usta Pirvәlidәn başqa hamısı mәnim xәtrimi istәyirdi. On iki illik tәcrübәdәn
bilirdim ki, bilavasitә istehsalatda çalışan fәhlәlәr arasında yaltaq vә riyakar
adamların sayı yox dәrәcәsindә azdır. Әgәr onlar sәnә “Yoldaş rәis, sağ
olun” deyirlәrsә, bu yalnız ürәkdәn gәlәn bir sözdür. Bu cәhәtdәn mәn usta
Pirvәlinin briqadasını nümunәvi sayıram, burda çalışan fәhlәlәrin heç biri
mәnim dә, başqa yoldaşlarımın da qüsurunu mәrd-mәrdanә üzümüzә
demәkdәn çәkinmәz. Buradakıların bәzisi mәni çoxdan tanıyır. Ali mәktәbi
qurtarandan sonra buruq ustası olmuşdum. O vaxt yalnız onlar mәnә yox,
mәn dә onlara isinişmişdim. Belә insanların etimadını qazanmaq çәtindir,
amma hәdsiz dәrәcәdә xoşdur...

Köhnә adәtim üzrә, buruqda hәr şeyә nәzәr saldım. Baltanın qәt elәdiyi
mәsafә ilә maraqlandım. Usta Pirvәlinin dili vardısa, dilçәyi dә vardı. Bu
günün normasından iki yüz metr dә artıq qazmışdılar. Buruğun hәr sәliqә-
sahmanı öz yerindә idi. Bu cür briqadaları görәndә, adamın yorğunluğu
yadından çıxır, papirosu bir-birinin oduna yandırmırsan, iştahan açılır, hәr
tәrәf sәnә gözәl, şairanә görünür, insanlara rәğbәtin birә on artır. Evә
gәlәndә, arvad-uşaq da kefi kök olduğunu hiss elәyib sevinir.

Mәn briqadanın işindә irad tutulası heç nә tapmadım. Uşaqdan-böyüyә
hamı öz yerindә idi. Mexanizmlәr yağ kimi işlәyirdi. Usta Pirvәlinin
mәndәn küsülü kimi ayrılıb getmәyi, indi mәnә daha çox yer elәyirdi.

– Sizә baxanda, adamın ürәyi dağa dönür, ay uşaqlar, – dedim. – Bәs
usta Pirvәli gecә evinә getmәmişdi?

Mәn bunu Qürbәtdәn soruşdum, amma açarçı Yәhya cavab verdi:
– Yox.
– Niyә ki?
– Dünәn axşam nәsә çox pәrt idi. Gәlәn kimi hamımızı çağırdı.
Cibindәn qәzet çıxartdı. İyirmi ikinci qurultayın açılışı gününә dair birinci
sәhifәdә iri hәrflәrlә yazılmış sәtirlәri ucadan oxudu. Dedi: “Raport-zad
vermәyәcәyik. Gurultu-partıltı qoparmayacayıq. Boynumuza öhdәçilik-filan
da götürmәyәcәyik. Amma qurultay açılan vaxt gәrәk normamızı ikiqat
ödәmiş olaq. Kimin sözü var?”. Biz heç nә demәdik. Onun da, bizim dә çox
danışmaqla aramız yoxdur. Biz hәmişә belәyik: Bizim әvәzimizә rәqәm
danışır!.. – Yәhya harasa baxdı, dәrindәn nәfәs aldı; nәyә isә tәәssüf
elәyirdi. – Bilmirәm, ustaya nә olub, dünәn axşamdan qaşqabağı heç
açılmır... Elә hey öz-özünә deyinir: “Nahaq, lap nahaq... gәrәk bu barәdә
danışmayaydım. Bu cür axmaq iş tutduğum heç yadıma gәlmir”. Bir yol
   156   157   158   159   160   161   162   163   164   165   166