Page 165 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 165
di Höseyn

Bu anda Pirvәlinin üzünә baxmaq vә heç olmasa bircә dәqiqә ondan 165
göz çәkmәmәk hәr oğulun hünәri deyildi. Onun sir-sifәti, iynәdәn dә bәrk
sancan gözlәri od tutub yanırdı, hәtta iri әllәri dә xәfif titrәyirdi, mәnә elә
gәlirdi ki, o ordenlә tәltif olunmamağından vә şәrәfli ada layiq görülmә-
mәyindәn daha artıq Heybәtin axırıncı sözlәrindәn incimişdi. Yox, onun
şöhrәtpәrәstliyi haqqında deyilәn sözlәr, әdalәtdәn çox-çox uzaq idi vә mәn
açıq-aydın hiss elәyirdim ki, usta Pirvәlini bu dәqiqә haqsız ittihamdan
qorumasaydım, mәn özüm dә әdalәtsiz iş görmüş olacaqdım.

– Yox, ay usta, – deyә mәn söhbәtә qarışdım vә әlimi Heybәtin çiyninә
qoydum. Siz haqsızsınız. Tamamilә haqsızsınız. Dünәn usta Pirvәli gözәl
bir söz dedi: “Mәn qarnım üçün yox, qәdrim üçünәm”. Mәn inanıram ki,
bu doğrudan da belәdir.

Görünür, mәnim bu cür müdafiәm dә usta Pirvәlini razı salmadı. O,
sönmüş papirosunu qabağındakı külqabına basıb, nә isә birdәn kövrәlәrәk,
daha doğrusu, qәhәrlәnәrәk dedi:

– Yox, oğul, mәn qәdrim üçün deyilәm. Onu deyirәm ki, mәndәn cavan
fәhlә yoldaşlarım var, şagirdlәrim var. Onlar mәnә baxanda, işdәn soyuya
bilәrlәr, belә fikir elәyәrlәr ki, bütün ömrünü camaat yolunda qurban verәn
bu kaftarın qәdrini nә bildilәr ki, bizim dә yaxşı işimizә nә qiymәt qoysun-
lar. İndi başa düşdün, bu qoca vaxtımda mәn niyә xәriflәmişәm?.. – Usta
Pirvәli armudu stәkanlara çay tökdü. – Әşi, bu qan qaraldan söhbәtlәri
buraxın, getsin...

Uzun vә yorucu sükut zamanı aşağıdan dәniz lәpәlәrinin şırıltısı
eşidildi.

– Doğrudan da xәriflәmişәm, – deyә usta Pirvәli yenә әyildi vә
çantasından qәnd qutusunu çıxardıb ortaya qoydu. – Buyurun, için. Hava
soyuqdur, canınız qızsın...

Usta Heybәt mәyus-mәyus dillәndi:
– Mәn bura sәnnәn dalaşmağa gәlmәmişdim. Yarış müqavilәsi bağ-
lamaq istәyirdim.
Pirvәli stәkanını ovcunun arasına aldı, ağzına yaxınlaşdırdı:
– Yox, bağlamayacağam, – deyib, bir qurtum çay içdi. Mәn tәәccüblә
soruşdum:
– Niyә ki, usta?
– Çünki mәn ondan çox irәlidәyәm. Mәn – yәni briqadam. Müqavilә
bağlamaq üçün elә bir tayımız da yoxdur. Ancaq biz yarışmağına yarışırıq.
– Gәl indi bu tapmacanı tap... – deyә Heybәt, yәqin ki, qeyri-ixtiyari
stәkanı özündәn araladı.
– Sәn buna tapmaca deyirsәn, ancaq mәn demirәm.
   160   161   162   163   164   165   166   167   168   169   170