Page 168 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 168
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

IV
Usta Pirvәlinin dә, mәnim dә sevincim yersizmiş. Dәniz son iyirmi beş
ildә görünmәmiş bir fәlakәt törәdib, açıq dәnizdәki buruqlardan bir neçәsini,
o cümlәdәn dә usta Heybәtin 109 nömrәli kәşfiyyat buruğunu uçurmuşdu.
Hava xidmәti idarәmizdәn alınan mәlumatda deyilirdi ki, külәk on üç bala
çatır, “Bakı fәhlәsi”ndәn göndәrilmiş radioqram daha dәhşәtli idi: Usta Hey-
bәtin briqadasından iki nәfәr ölümcül yaralanmış, özü isә hәlak olmuşdu...
Bu xәbәr tәk mәni yox, bütün qәsәbәni, çox keçmәmiş bütün Bakını
sarsıtdı.
Ustanın cәnazәsini, yaralıları vә o biri fәhlәlәri gәtirәn “Bakı fәhlәsi”
körpüyә yaxınlaşanda mәn dә sahildә idim. Dәniz qırağında iynә salmağa
yer yox idi. Heybәtli sәslә uğuldayan Xәzәrdә sanki yerlә göy birlәşirdi,
amma qәsәbә sakinlәri ardı-arası kәsilmәyәn bir izdiham kimi sahilә
axışırdılar. Qazma idarәsinin әmәkdaşları, rayon rәhbәrlәri, evlәr yıxan
168 külәyә sinә gәrәrәk gözlәrini yavaş-yavaş körpüyә yan alan gәmiyә
zillәmişdilәr.
Bu sәhnәyә ürәk ağrısı duymadan tamaşa elәmәk çәtindi. Elә bil
hamının qәddi bükülmüşdü. Ancaq hәlә dә çoxları usta Heybәtin ölüm
xәbәrinә inana bilmirdilәr. Әllәrindә xәrәk, bir-birinin ardınca gәmiyә ad-
layan sanitarlar, әvvәlcә yaralıları, sonra, lap axırda üz-gözündә qan
laxtalanmış vә gözlәrini әbәdi yummuş usta Heybәti gәtirmәsәydilәr, yәqin
ki, sahildәki izdiham, qocanın ölüm xәbәrini adi bir şayiә sayacaqdı.
– Ә, bir yol verin!.. – deyә camaatı aralayıb, axırıncı xәrәyә doğru
yönәlәn adamı tәk mәn yox, sağımda, solumda dayanmış o biri yoldaşlar
da gördülәr. Nәfәs-nәfәsә kütlәşmiş yüzlәrcә insanı asanlıqla yarıb
irәlilәyәn, burdakıların hamısından iki daban uca, bahadır cüssәli kişini
qәsәbә sakinlәri usta Heybәtdәn az tanımırdılar. O, mәndәn dә qabağa keçdi
vә xәrәyin önünü kәsdi:
– Dayanın! – dedi.
Sanitarlar bu әmrdәn çıxa bilmәzdilәr. İrәlidә dayanmış nazik, uzun
sanitar, ehtiramla, yalvarış dolu bir nәzәrlә onun üzünә baxdı vә yalnız
özünün eşidә bilәcәyi pıçıltı ilә xahiş elәdi:
– Pirvәli dayı, yol ver!
Lakin o, yol vermәdi. Sanitarlar xәrәyi yerә qoymağa mәcbur oldular.
Hamının gözü Pirvәliyә zillәnmişdi. Nә isә deyәcәyini gözlәyirdilәr.
Lakin usta Pirvәli heç nә demәdi, xәrәyin yanında diziüstә qapandı,
rәqibinin cәnazәsini qucaqladı vә tük ürpәrdәn bir sәslә hönkürdü.
Bu vaxt bütün izdihamdan şivәn qopdu.
Adәtdir... pәhlәvanlar ağlayanda, bütün el-oba ağlayır.
   163   164   165   166   167   168   169   170   171   172   173