Page 171 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 171
zÿ Èárahimov

Bәzәn mәnә elә gәlәrdi ki, onun üzündәki bulud, keçirdiyi ağır gün- 171
lәrin qubarıdır. Axı o, dünyaya gәldiyi zamandan xoş bir gün görmәmişdi...
Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşәmәyә salınmış yırtıq hәsir – gözünü
açdığı gündәn gördüyü bu idi. Azad doğulmamışdan iki ay әvvәl atası
ölmüşdü... Anası Sәlimә xanım evdә tәk qalmışdı... Çünki o da yetim idi,
әri dә... Tәbrizlilәr demişkәn ikisi dә lat-lütün biri idi. Kişinin ölümündәn
sonra arvad qapılara düşüb iş axtarmağa mәcbur olmuşdu. Birinin ev-eşiyini
tәmizlәr, birinin paltarını yuyar, birinә yun çırpardı... Azadı da elә şәhәrin
әrbablarından birinin evindә yun çırpan yerdә doğmuşdu... Uşaq olandan
sonra o bir hәftә belә yorğan-döşәkdә rahat yata bilmәmişdi. Acından
ölmәmәk üçün dördgünlük uşağı bәlәyә büküb yenә qapılara düşmüşdü. Bu
qayda ilә bir qarın ac, bir qarın tox o, Azadı böyütmüşdü... Dünyada yeganә
ümidi vә hәyatının mәqsәdi o idi... Ondan әziz, ondan mehriban bir şeyi
yox idi. Sәlimә xanım Azadı yalnız bir oğul kimi yox, hәm dә dünyada bir
pәnah, bir qohum, bir ata, bir qardaş kimi istәyirdi. Azada baxdıqca, bütün
bu nakam hisslәr onun ürәyindә baş qaldırırdı.

Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hәr axşam Sәlimә
xanım yatmamışdan qabaq bizә nağıl danışardı... Onun nağıllarına qulaq
asa-asa bizi yuxu aparardı... Sabah nağılın mabәdini soruşardıq... O yenә
başlayardı... Yenә bizi yuxu aparardı. Hәr axşam o mәni qucağına alıb
divarın o üzündәki anama verәrdi. Onun nağılları hәrdәn bir xәyal kimi
yadıma düşür. Ayırd edә bilmirәm. Bir nağıldakı hadisәni o birilә
qarışdırıram... Amma yenә dә xatirә mәnә çox görünür... Ara-sıra Sәlimә
xanım nağılı kәsәr, bizә layla deyә-deyә hәzindәn oxuyardı... Aman, dos-
tum... Bu sәs bizә nә qәdәr mehriban görünәrdi!.. Onun nәvazişkar, munis
vә ahәnglә dolu mahnıları indi dә harada isә qәlbimin dәrinlәrindә
sәslәnmәkdәdir... İndiyә qәdәr heç bir musiqi, heç bir mahnı onlar qәdәr
ruhumu oxşamamışdır. Mәnә elә gәlir ki, o xәyalat dünyasında aldığım bir
lәzzәt imiş ki, tәkrarı heç bir zaman mümkün olmayacaqdır...

Bәzәn dә o, nağıl yerinә bizә anlaşılmaz görünәn sözlәr söylәyirdi.
Mәn onun gah şikayәtlәndiyini, qarğışlar yağdırdığını, gah da kimә isә
yalvardığını eşidәrdim... Lakin o, bütün bunları oxuya-oxuya, mahnılar
içindә әridә-әridә axar çay şırıltısını andıran bir musiqi yaradardı...
Xәyalımızı onun sözlәri yox, hara isә uzanıb gedәn hәzin vә ahәngdar sәsi
çәkib aparardı... Biz nә zaman yuxuya getdiyimizi bilmәzdik. Bir dәfә adi
payız axşamlarından birindә o bizim başımızı diziüstә alaraq yenә hәzin-
hәzin oxuyur, söylәnir, mahnılar deyirdi... Yarpağı tökülmüş ağaclardan,
qәribә vә yuvasız quşlardan, arxlara dolmuş xәzәllәrdәn danışır, tez-tez
   166   167   168   169   170   171   172   173   174   175   176