Page 175 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 175
zÿ Èárahimov

Cavab vermәyib çıxıb getdim. Bir müddәtdәn sonra bu hәrәkәtimin 175
peşmançılığını çәkmәyә başladım. Mәn bu yazığı niyә incitdim?.. Onun
tәqsiri nәdir? Bir könlü ki, tikә bilmәyәcәksәn, niyә yıxırsan? – deyә
düşündüm. Gün batıb qaş qaralana qәdәr küçәlәri dolandım. Şeylәrimizi
hәyәtә atılmış görәcәyim fikri ilә qayıtdım... Anam astanada oturub mәni
gözlәyirdi.

– Nә var, ana, hәlә әrbabın adamı gәlmәyib ki?..
– Gәlmişdi, oğul.
– Nә dedi?
– Nә deyәcәk, pulunu alıb getdi.
– Pulu hardan tapdın, ana?
– Necә hardan tapdım, oğul! Azad gәtirdi, dedi ki, sәn vermisәn.
Mәn barmağımı dişlәdim. Anamın qolundan tutub içәri apardım.
Sonra Azadla görüşdük, tәşәkkür etdim. Keçәn kobud rәftarım üçün
üzr istәdim. O heç bir söz demәdi, gözlәrini bir nöqtәyә dikib durdu.
Bir ay sonra mәn anamı da kәndә getmәyә razı saldım. Sәlimә xanım
vә Azadla halallaşıb Tәbrizdәn ayrıldıq.

***
Tam beş il mәn Azadı görmәdim. Nә o kәndә gәldi, nә dә mәn Tәbrizә
getdim. Buna baxmayaraq, Tәbrizә sәfәr edәnlәr vasitәsilә ondan xәbәr tu-
turdum, özümdәn dә ona xәbәr çatdırırdım. Bu beş ildә çox sular axmış,
çox әhvalatlar baş vermişdi. Cahan hәrbi başlamış, Rza şah taxt-tacdan әl
çәkәrәk İranı tәrk etmiş, polis, jandarm vә ağzı elli mürtәcelәrin zülmü xeyli
azalmış, müxtәlif hizblәr, ittihadiyyәlәr meydana çıxmışdı. Azәrbaycanın
istәr şәhәr, istәrsә kәndlәrindә camaat hәrәkәtә gәlmişdi. İclaslardan,
mitinqlәrdәn başqa, evlәrdә dә azadlıqdan, yaxşı yaşayışdan elmdәn, ana
dilindәn danışırdılar. Nәhayәt, 1945-ci ilin sentyabr ayının 3-dә Azәrbaycan
demokratlarının deklarasiyası intişar tapdı... Tez bir müddәtdә bizim kәnddә
dә demokrat tәşkilatı yarandı. Mәn dә başqa yoldaşlarım kimi tudәdәn
demokrata keçdim... Tezliklә mәni kәndimizdәki demokrat tәşkilatının sәdri
seçdilәr... Mәn günlәrimin nә cür keçdiyini bilmirdim. Biz Azәrbaycan
üfüqlәrindә işıqlı bir günәş doğduğunu hiss edirdik... Bu günәş hamının
qәlbini böyük bir ümidlә doldururdu... Hadisәlәr dә çoxşiddәtlә inkişaf
edirdi... Bir neçә ay sonra biz kәnddә mitinq keçirib Azәrbaycan Xalq
Konqresinә nümayәndәlәr seçdik. Nümayәndәlәr içindә mәn dә var idim.
Noyabr ayının 18-dә biz Tәbrizә gәldik. Mәn Tәbrizi nә qәdәr dәyişmiş
gördüm. Küçәlәrdә qeyri-adi bir canlanma vә hәrәkәt vardı... Ürәyim Azadı
   170   171   172   173   174   175   176   177   178   179   180