Page 178 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 178
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Bu saat sәni düşünürdüm, – nә yaxşı gәldin. Yoxsa bu dünyadan ürәyi
nisgilli gedәcәkdim...

– Nә danışırsan. Azad, qardaşım? – dedim, – biz hәlә tәzәcә yaşamağa
başlayırıq... Dünyadan getmәk nәdir, bu nә sözdür sәn ağzına gәtirirsәn?..
Sәnә nә olub, haradan yaralanmısan?

O, әli ilә sağ çiyninin altını göstәrdi... Güllә qabaqdan dәyib daldan
çıxmışdı... Ciyәrlәrini dә zәdәlәmişdi. Mәn ona tәskinlik vermәk istәrkәn
o, sözümü kәsdi:

– Bunlara ehtiyac yoxdur, – dedi, – Mәn ölürәm... Artıq ayaqlarımın
soyuduğunu hiss edirәm... Sözümü kәsmә, mәnә yaxşı qulaq as, mәn
danışmaq istәyirәm... Yadındadırmı, Fәrda, beş il әvvәl Tәbrizdә, dәrzi
dükanında sәn mәndәn nә üçün yaşayırıq, hәyatın mәnası nәdir, deyә
soruşdun? Onda mәn sәnә cavab vermәmiş, susmuşdum. Sәn isә mәnim bu
cür şeylәri qanmadığımı güman edәrәk acıqlanıb getmişdin, yadındadırmı?..
178 Lakin o zaman mәn dә sәnin kimi düşünürdüm... Mәn düşünürdüm ki, hәya-
tımızın mәnası vәtәnimizin sәadәti üçün çalışmaqdadır... Amma o zaman
mәn danışa bilmәmişәm... Çünki danışmaqda da bir mәna yox idi... İndi isә
sәnә deyirәm, qardaşım Fәrda, sizә deyirәm qardaşlarım (o, azca boylanıb
fәdailәri gözdәn keçirdi), bәli, sizә deyirәm. Bizim hamımızın sәadәti, bax
bu alçaq daxmaların azadlığa, bu doğma yurdun, bu ana torpağın istiq-
laliyyәtindәdir... Yerә qoymayın o tüfәnglәri ki, onları bu doğma torpaq sizә
tapşırmışdır... Bir zaman bu oğlan, mәqsәdsiz, amansız keçәn hәyatı hey-
vani hәyat adlandırmışdı... Bu sözlәrdәki böyük mәna hәyatın mәnasıdır...
Bәli, heyvan kimi yaşamaq istәmәyәnlәr gәrәk vәtәnlәrinin övladı olsunlar...
Mәn ölürәm, Fәrda, amma mәn yaşamaq üçün ölürәm... Ölmәk üçün
yaşayanların dövrü qurtardı, bundan sonra zaman bizimdir, yaşamaq üçün
ölmәyә hazır olanlarındır!..

O, azca dayanıb udqundu, yenidәn ahәstә-ahәstә davam etdi:
– Anam, yurdum, doğma Azәrbaycan, mәni bağışla!.. Sәnә az fayda
verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı vә fәrşin ucunu qaldıraraq
torpağı öpdü.
– Öpünüz, sәcdәyә qapılıb hamınız torpağı öpünüz! Bizim әzәli vә
әbәdi beşiyimiz budur...
Mәn onu qucaqlayaraq yerindә uzandırdım...
– Sakit ol, Azad, özünü üzmә, qardaşım! – dedim. Özüm dә bilmәdәn
gözümdәn süzülәn yaş damcıları onun alnına düşdü... O, kirpiklәrini qaldırıb
gözümә baxdı vә yenә dә gülümsәdi:
– Budur hәyatın mәnası, – dedi. – Dövrәmdә silah yoldaşlarım,
başımın üstündә mәslәk qardaşım, yanımda vәtәnin azadlığı üçün
qaldırılmış silah... Bu, şәrәfli bir ölümdür, Azad!.. Әziz qardaşlarım, mәnim
   173   174   175   176   177   178   179   180   181   182   183