Page 177 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 177
zÿ Èárahimov

çıxmamış Sәlimә xalaya baş çәkmәyi borc bildim. O, Azada salam göndәrdi. 177
Bir cüt corab, bir dә yun şәrf büküb verdi. Soyuqdur, ona yetir, dedi. Mәn
dә onu anama, anamı da ona tapşırdım. Hәr ikisinә ürәk-dirәk verib yola
düşdüm. Sabahısı günü biz Zәncana çatdıq. Şәhәr demokratların әlindә idi.
Zülfüqari neçә gün әvvәl şәhәrdәn çıxıb qaçmışdı... Başına yığdığı
adamlarla cәnub tәrәfdәki kәndlәrdә terror yaradır, Zәncana hücum etmәyә
hazırlaşırdı. Onun bu fikrini pozmaq üçün Zәncanın demokrat hökumәti
fәdailәrdәn bir neçә dәstә cәnuba göndәrmişdi... Azadın bu dәstәlәrdәn
birinә başçılıq etdiyini mәn Zәncandan öyrәndim... Doğrusu neçә ildәn bәri
ayrıldığım vә hәlә dә fikrimdә sakit, hәdsiz dәrәcәdә mülayim bir adam
kimi canlanan Azadı çox görmәk istәyirdim. Onun indi nә halda olduğunu,
nәlәr düşündüyünü, nә cür dәyişdiyini tәsәvvür etmәyә çalışırdım... Lakin
aydın bir qәrara gәlә bilmirdim. O biri tәrәfdәn dә köhnә bir yoldaş, bir
qardaş kimi onu könlüm istәyirdi... Elә bu zaman Zәncana xәbәr gәldi ki,
Zülfüqari ilә fәdailәrin ilk dәstәsi... “X” kәndinin yaxınlığında qarşıla-
mışdır... Azca atışmadan sonra Zülfüqari kәndә çәkilmiş vә әtrafı möh-
kәmlәtmişdir... Fәdailәr dәstәsi kәndi dörd tәrәfdәn mühasirәyә almışdır...
Bu dәstәnin başçısı Azad idi... Çox gәrgin vә mәsuliyyәtli bir vәziyyәt
yaranmışdı. Biz fәdailәrin mütlәq qәlәbәsini tәmin etmәyi vә mümkün qәdәr
az tәlәfat vermәyi düşünürdük. Hәmin gecәni biz Zәncandan çıxdıq vә
atışmanın şiddәtli zamanında gәlib Azadın dәstәsinә çatdıq... Azad fәdailәri
uzun müddәt kәndin әtrafında açıqlıqda, soyuq havada saxlamağın çәtin-
liyini görәrәk, dörd tәrәfdәn kәndә hücuma keçmişdi... Bәrk atışma gedirdi,
fәdailәrdәn bәzilәri, hәtta kәndin içinә girmişdi. Zülfüqari, deyәsәn, kәndi
rahatca vermәk istәmirdi... Onlar ciddi müqavimәt göstәrirdilәr... Lakin
fәdailәrin tәzyiqi getdikcә artırdı... Bir neçә saat qaralanda şәrq tәrәfdәn
Azad özü qabaqda olmaqla fәdailәr kәndә doluşdular. Bu zaman Zülfüqari
ağır tәlәfatdan sonra bir neçә nәfәrlә kәndin qәrb tәrәfindәn qoyub qaçdı
vә aradan çıxdı... Biz hәmin vuruşmada Azadın yaralandığı xәbәrini aldıq...
Mәn tez özümü ona çatdırmağa çalışdım... Bu, mәnim beş illik ayrılıqdan
sonra onunla ilk vә son görüşüm oldu... Onu kәnd evlәrindәn birindә bir
fәrşin üstә uzatmışdılar. Başının altında yastıq vardı. Çuxasını üstünә salmış,
beşaçılan tüfәngini yanına qoymuşdular. Onun әtrafında halqa vurmuş
fәdailәrdәn kimisi oturmuş, kimisi әmrә müntәzir durmuşdu... Mәn içәri
girәn kimi onun üzünә baxdım... Ağarmış halda gözlәrini yummuş vә
sәssizcә uzanmışdı... Mәn yavaş addımlarla onun başı üstünә gәldim, diz
çöküb әlini әlimә aldım, alnından öpdüm.

– Azad, sәnә nә olub?
O, heyrәt vә tәlaşla gözlәrini açdı... Üzümә baxdı. Bütün siması qәribә
bir tәbәssümlә işıqlandı. Mehribanlıqla başını dizimin üstә qoyub:
   172   173   174   175   176   177   178   179   180   181   182