Page 172 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 172
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Azadın adını çәkir, gah da әyilib üzündәn öpürdü... Mәn yuxuda getdikcә
onun uzaqlardan gәlәn sәsini eşidirdim. Qulağıma kәsik-kәsik sözlәr
gәlirdi... Tәk balam, yuvamın quşu balam... Yurdumun daşı balam... Azad
isә sakit-sakit yuxulayırdı. Böyüyüb ağlım bir şey kәsәndә Azadın Sәlimә
xanım üçün doğrudan da hәyatda yeganә ümid olduğunu anladım... Yox,
mәn bundan da artıq bir şey anladım. Mәn anladım ki, bu yazıq arvadın
bütün hәyat tellәri Azadın varlığına bağlıdır. Bunu anladıqdan sonra da
tәәssüf etmәyә başladım. Azadla Sәlimәnin arzu vә ümid etdiyi bir hәyatı
quracaq qabiliyyәt görmürdüm... Qaradinmәz Azad bәdbәxt bir ananın
ayağını qapılardan kәsib ona bir tikә çörәk vә bir isti ocaq düzәldә
bilәcәkmidir, deyә düşündükdә, fikrimdә “yox” qәrarına gәlirdim... Mәncә,
hәyat girdabında Azad әl-qol açacaq qüvvәyә malik deyildi... Ondan yüz
dәfә zirәklәrini vә susuz qoyan әjdahalarını görür vә Sәlimә xanımın halı-
172 na qәlbәn yanırdım. Azadı udacaqdılar... Diri-diri yeyәcәkdilәr... Onun mey-
dandan çıxması üçün uzaqlara demirәm, bircә gün Tәbriz bazarına gedib
qolunun üstә iki corab alması kifayәt idi... Mәnim Azadda tapdığım
keyfiyyәt bu idi... Mәn onda bir keyfiyyәt, başqa bir mәna axtarmazdım...

İki il o mәnimlә bir yerdә mәktәbә getdi... Orada da heç kәsә qoşulmaz,
tәnәffüslәrdә bütün uşaqlar bir-birinә oynaşdığı halda, o bir küncdә durub
baxardı. Müәllim ona bir sual verәrsә, qıpqırmızı olardı. Lap yaxşı bildiyi
bir şeyi belә söylәyә bilmәzdi. Doqquz yaşı olanda anası onu oxuda
bilmәyib mәktәbdәn aldı. Qoşunların kömәyi vә yalvar-yaxarla Tәbrizin
Lilәvan mәhәllәsindәki kiçik bir dәrzi şagirdliyinә düzәltdi. İllәr gәlib keçdi,
mәn orta mәktәbi qurtardım, o, yerindәn tәrpәnmәdi. Bir daş kimi dәrzi
dükanında düşüb qaldı. Onun dәrzi şagirdi olması, tәbiidir ki, bizim
әlaqәmizi kәsmәdi. Әksinә, böyüdükcә bizim ünsiyyәtimiz daha da artdı.
Hәyat bizi daha da yaxınlaşdırdı. Hәyatın hadisәlәri mәni haldan çıxardığı
bir zamanda, o, bu, hadisәlәrә qarşı sakit, laqeyd görünәrdi. Heç bir ehtiyac,
heç bir dәrd onun adi halını pozmadı. Bir axşam evimiz şam tapmasaydı,
mәn deyinmәyә başlardım. O, isә bütün günü ac qalmış olsa belә bir kәlmә
söz danışmazdı... Bununla belә mәn istәr şad vә istәr qәmli zamanlarımda
başqa birisi ilә danışmaq, söhbәt etmәyә ehtiyac duyduğum zamanlarda
hәmişә onu axtarıb tapardım. O, mәnim hәr cür sözümә dözәrdi. Özü dә
eyni bir vәziyyәtdә, eyni bir sakitliklә mәnә qulaq asardı... İstәr yaxşı sözlәr
danışım, istәr pis, fәrq yox idi.

Acıqlı olduğum günlәrdәn birisi yadıma düşür. Kirayә pulunu
gecikdirdiyimiz üçün әrbab bizi qovmaqla tәhdid etmişdi. Pul yox idi.
Qazanmağa da iş tapılmırdı. Küçәlәri boş-boş gәzib yorulduqdan sonra
Azadın yanına getdim.
   167   168   169   170   171   172   173   174   175   176   177