Page 170 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 170
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Azad

Hәyatın qәribә sirlәri vardır. Mәn hәmişә o hadisәni xatırlarkәn,
hәlә mәnasını dәrk etmәdiyimiz sirlәr hәyatda çox-çoxdur, deyә
düşünürәm... Mәn sirr deyәrkәn tәbiәtin kәşf olunmamış gizli
qüvvәlәrinә işarә etmirәm. Bizim gündәlik, adi hәyatımızda baş verәn
yüzlәr vә minlәrlә hadisә bizә çox zaman sadә vә tәbii görünür. Onlarda
gizli bir mәna axtarmaq da adamın fikrinә gәlmir. Lakin dәrindәn nәzәr
saldıqda biz bu adi vә mәlum hadisәlәrdә nә böyük sirlәr, nә böyük mәnalar
tapırıq!
Azad mәnim uşaqlıq vә gәnclik yoldaşım idi... Bir hәyәtdә doğulmuş,
bir hәyәtdә böyüyüb mәktәbә getmişdik... Gәncliyimizin dә böyük bir qis-
mini bir yerdә keçirmişdik. Uşaqlıqda bir-birimizlә yaxşı oynadığımız za-
170 manlar da olmuşdu. Lakin belә hallar çox tez unudulmuşdu. Çünki biz bir
evin uşağı kimi tәrbiyә almış vә bir-birimizә doğma qardaşdan artıq
ünsiyyәt bağlamışdıq... İkimiz dә tәqribәn eyni şәraitdә yaşadığımız üçün
bir-birimizin xasiyyәtini çox gözәl bilirdik. Onun sakit vә lal-dinmәzliyi
mәnim nәzәrimdә tәbii bir şeydi... Mәn bunda heç bir pis mәna görmәzdim.
Lakin böyüdükcә onun bir xasiyyәti mәnim acığıma gәlmәyә başlayırdı.
Hәrdәnbir qızışanda:
– Azad, bir hәrәkәtә gәl, de, danış, gül, ağla, – deyә yaxasından tutur-
dum. – Ölü kimi oturub gözlәrini yumursan... Söz danışan da bilmir ki,
yoxsa xoşuna... Dediyindәn razısan, ya narazı... Dirisәnsә bir diriliyini
bildir, ay rәhmәtlik oğlu!
Mәnim bu cür mәzәmmәtim dә ona tәsir etmәzdi. Kirpiklәrini qaldırıb
qaşlarının altından mәnә baxar, yenә dә gözlәrini yuma, ya da mәchul bir
nöqtәyә dikib durardı.
Çox qәribәdir ki, bu xasiyyәt onda lap uşaqlıqdan qalma bir xasiyyәt
idi. Mәnә elә gәlәrdi ki, Azad ana bәtnindәn lüt-әtcә bu soyuq dünyaya (o,
qışda doğulmuşdu) qәdәm qoyduğu zaman belә sәsini çıxarmamışdır. Bütün
doğulanlar bir sәs çıxardıqları halda o elә belәcә lal dinmәz dünyaya
gәlmişdir... Qışın soyuğu da onu dillәndirә bilmәmişdir... Hәtta bir dәfә
yarızarafat, yarıgerçәk anası Sәlimә xanımdan, doğulanda onun ağlayıb-
ağlamadığını soruşmuşdum... Arvad gülümsәyәrәk әli ilә onun başını
sığallamış vә cavab vermәmişdi.
Yoldaşlar arasında çox vaxt onu adı ilә çağırmazdılar. Sükuti deyib
durardılar... Hәtta sonradan tanış olanlar adanın Azad olduğunu da bilmәz-
dilәr. Sükuti gәldi, Sükuti getdi deyәrdilәr. Bu tәsadüfi sözü dә sonralar o
özü üçün sicilli seçmişdi: Azad Sükuti!..
   165   166   167   168   169   170   171   172   173   174   175