Page 167 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 167
di Höseyn

Doğrudan da on dәqiqә belә keçmәmiş xәzri tamam çılğınlaşdı. 167
Sahildәn cәmi-cümlәtanı bircә kilometr uzaqda, yәni usta Pirvәlinin
buruğunda işi dayandırmalı oldular. Uzaqdan bәriyә doğru şütüyәndә dağ
kimi ucalan dalğalar buruğu kökündәn qoparmaq dәrәcәsinә gәlirdisә,
demәli, 109-cu quyunun vәziyyәtini yalnız tәhlükәli saymaq azdı.
Böyrümüzdәn keçib sahilә tәrәf üz qoyan digәr qayıqların dalğaları necә
çәtin yararaq irәlilәdiyini vә az qala suyun tәrkinә düşüb gözdәn itdiyini
görәndә bunu daha aydın başa düşürdüm.

Artıq mәn dә hәyәcan içindә idim. Dәniz buruqlarından fәhlәlәri sahilә
daşıyan qayıqlara baxdıqca, usta Heybәtin taleyini daha çox düşünürdüm.
Adәtәn, beş baldan artıq külәk әsәndә mexanizmlәri dayandırmalı, fәhlәlәri
dәrhal sahilә daşımalı idilәr. Keçәn il baş vermiş tәbii fәlakәtdәn sonra bu
barәdә xüsusi bir әmr dә verilmişdi.

Mәn usta Pirvәlidәn ayrılıb, geriyә döndüm, mәdәni budkaya getdim,
radist ilә usta Heybәtin buruğunu tutub radioqram verdim: “Adamları bu
dәqiqә sahilә çıxardın!”

Lakin yenә dә ürәyim sakit olmadı. Budkadan usta Pirvәlinin yanına
gәlәnәcәn, iki yerdә külәk az qala mәni vurub dәnizә salmışdı. Ağac
mәhәccәrdәn ikiәlli yapışmasaydım, kos kimi suya düşmәyim labüd idi.

Qoca usta işi dayandırmışdı. Tez-tez uzaqlara baxır, dodağının altında,
pıçıltı ilә, bәlkә dә, ixtiyarsız olaraq “nahaq getdi, lap nahaq” deyib, astadan
köksünü ötürürdü. O, birdәn hәyәcanını biruzә verdi:

– Camal, oğul, – deyib mәnә üz tutdu. – Mәnim mәslәhәtimә qulaq as,
әmr elә, qoy onun dalınca “Bakı fәhlәsi” katerini yollasınlar.

Onun fikrini başa düşmәk çәtin deyildi. Demәk istәyirdi ki, indi xırda-
xuruş qayıqlara buruğa yan almaq olmaz. Fәhlәlәr ölüm-zülüm bu qayıqlara
minә bilsәlәr dә, sağ-salamat üzüb sahilә çıxa bilmәzlәr.

– Düz buyurursan, usta, – dedim. – Tez olun, yığışın, gedәk, tәcili
tәdbir görәk.

Hamımız qayığa doluşduq vә kapitanı tәlәsdirib, sahilә yola düşdük.
Biz hәlә mәnzilә çatmamış, körpüdәn yüz әlli, iki yüz metr bәridә “Bakı
fәhlәsi” ilә qarşılaşdıq. Görünür, qazma idarәsinin işçilәri bizdәn cәld
tәrpәnib, uzaqdakı buruqlara tәcili kömәk yollamışdılar...

Bu dәmdә mәn istәr-istәmәz usta Pirvәliyә baxdım. Onun qaşqabağı
daha yerlә getmirdi. Hәtta arabir gülümsәyirdi.

– “Bakı fәhlәsi” gedәndәn sonra daha qorxusu yoxdur... Xәzәrin
öhdәsindәn bircә o gәlir!..
   162   163   164   165   166   167   168   169   170   171   172