Page 176 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 176
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

görmәk hәvәsi ilә döyünürdü... Elә birinci gün köhnә hәyәtimizә getdim,
Sәlimә xanımı gördüm. Alnımdan öpdü, anamı xәbәr aldı, ağladı. Azadı
soruşdum...

– Tәbrizdә yoxdur, – dedi, – Zәncana gedib, demokrat düzәltmәyә
göndәriblәr... Axı indi o da demokratdır. Mәn dә demokrat olmuşam, oğul.
Allaha tәvәkkül. Deyirlәr ki, gәrәk Azәrbaycana azadlıq alaq. Hamıya iş
verәk, hamının çörәyi olsun. Uşaqlar öz dilimizdә oxusun. Xoşuma gәldi.
Getdim yazıldım. İndi dә komitәmizdә iclas olacaq, gәl otur, sәnә bir stәkan
çay verim, sonra gedәrәm.

Mәn sevinc, heyrәt vә tәәcübümü gizlәdә bilmәyәrәk:
– Sag ol, Sәlimә xala, – dedim. – Get, iclasa gecikmә. Tәәssüf ki, Azadı
görә bilmәdim. Mәndәn ona salam deyәrsәn.
– Deyәrәm, oğlum, deyәrәm. Sәn dә gecәni heç yerdә qalma. Evimizә
gәl, gözlәyәcәyәm, gәl ha, – deyib getdi. Mәn dә dәrin fikrә dalmış halda
176 Mәrkәzi Komitәyә qayıtdım. Orada mәnә Tәbrizә köçmәyi, Mәrkәzi
Komitәnin tәlimatçısı olmağı tәklif etdilәr. Xalq Konqresi qurtaran kimi
mәn kәndә qayıtdım. Bir müddәt sonra tәşkilatın işlәrini tәhvil verdim.
Anamı götürüb Tәbrizә köçdüm. Yenә dә köhnә evimizi kirayә etdik. Anam
başqa yerә getmәk istәmәdi – әvvәldәn öyrәnmişәm, Sәlimә xanım da
oradadır, – dedi. Mәn dә razı oldum. Sәlimә xanım bizim gәlişimizdәn çox
sevindi. Azadın iyini sizdәn alıram, deyib ağladı. Anam ona tәskinlik verdi.
– Nә olacaq, – dedi, – inşallah tezliklә Azad da qayıdar, bir iş, bir tikә
çörәk sahibi olar. Evlәndirәrsәn, sәn dә birçәyinin ağ vaxtında bir gün
görәrsәn.
– Nә bilim, deyirlәr ki, Zәncan tәrәfdә qarışıqlıqdır. Zülfüqari qan-qan
deyir. Başına adam yığıb demokratlarla vuruşur.
Burada mәn sözә qarışdım:
– Qorxma, Sәlimә xala. Zülfüqari-zad bir qәlәt elәyә bilmәz. Bir xalq
ki, azadlıq üçün ayağa durdu, onu yatırmaq asan iş deyil.
Tәbrizә köçәndәn sonra işdәn başım açılmırdı. Gecәlәri dә Mәrkәzi
Komitәdә işlәyirdik. Mәclis vә dövlәt işini tәrtibә salır, kәndlәrdә demokrat
tәşkilatlarının möhkәm bir qayda vә nizam üstündә qurmaq tәdbirlәri
tökürdük. O günlәr bizdә tәsvirәgәlmәz ruh yüksәkliyi vardı. Elә bil ki,
qüvvәmiz dә birә min artmışdı. Yorulmaq bilmirdik. İşlәrin bu şiddәtli
zamanında Zәncandan pis xәbәr gәlirdi. Bir yandan Zülfüqari, bir yandan
da Tehran mürtәcelәri orada cürbәcür fәsadlar törәdirdilәr. Demokratları
öldürür, ayaqlarını nallayır, alınlarına odlu dәmir basırdılar. Azәrbaycanın
hәr tәrәfindәn narazı vә mürtәce ünsürlәr Zülfüqarinin başına toplanırdı.
Belә bir zamanda Mәrkәzi Komitә bir neçә yoldaşımızı Zәncana göndәr-
mәyi qәrara aldı. Göndәrilәnlәrin içindә mәn dә vardım. Mәn Tәbrizdәn
   171   172   173   174   175   176   177   178   179   180   181