Page 160 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 160
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

atalarının xeyri üçün işlәmir? Bax, Pirvәli dayı süründürmәçilәrin әlindәn
zәncir çeynәyir. Nә deyirsәn, usta?.. Hә, deyir ki, mәni cin atına mindirmә-
sinlәr, özüm telefonu götürüb, alәmi bir-birinә qataram!..

– Dünәndәn bәri mәn dә bu fikrә gәlmişdim ki, daha bu gündәn sonra
usta Pirvәli heç nәdә güzәştә getmәyәcәk, әlinә fürsәt düşәn kimi, buruğun
işini bir balaca lәngidәnlәrin hamısını qılınclayacaq, lap mәnim özümә dә
aman vermәyәcәk. Qürbәt Kәrimә dedim ki, bu saat yoxlayım, görüm, nә
üçün belә sәhlәnkarlıq elәyiblәr. Dübarә daxili telefonla qazma idarәsinә
zәng elәdim, bununla da kifayәtlәnmәyib, qayıqlarımız dayanan körpüyә
getdim. Fәhlәlәr başqa avadanlıqla bәrabәr gematiti dә gәmiyә yüklәyirdilәr.
Mәn onları salamlayıb gülә-gülә dedim ki, usta Pirvәlini tanımırsınız, niyә
dünәn söz verib onun yanında bu cür yalançı çıxmısınız? Onların bәzisi
gülür, amma çoxusu işdәn ayrılmayıb, eyni sürәtlә yük qaldıran iri kranın
160 çanağına avadanlıq hissәlәri bağlayırdılar. Gәminin kapitanı deyәsәn,
hamıdan çox tәlәsirdi. Bunun sәbәbini özü açıb söylәdi:

– Usta Pirvәli mәnә ağır söz demir, ancaq elә tәrs-tәrs baxır ki, atamın
goruna söysә, min pay bundan yaxşı olar... Dünәn günah bizdә olmadı,
yoldaş rәis, gәminin motorunda bir balaca tәmirat aparmalıyıq. Pirvәlinin
hematitini srağagündәn gәtirmişdilәr. Ondan tәk mәn qorxmuram, Allah
göstәrmәsin, әlinә girәvә düşsә, әcdadımızı qәbirdәn çıxardar...

Mәn bir saatdan çox gözlәdim. Nәhayәt, hәr şeyi yüklәyib qurtardılar.
“Nә olar, olar, cәhәnnәmә ki!” – deyib, özüm dә buruğa yola düşdüm.

Orada vәziyyәt Qürbәt Kәrimin dediyi kimi deyildi. İşi dayan-
dırmamışdılar. Heç kim dә avara oturub gematit gözlәmirdi. Usta Pirvәli
bir növ profilaktik tәdbir görmüşdü. Yeni sabah ona gәrәk olan ağırlaşdırıcı
materialı indidәn tәlәb elәmişdi. Bizi qarşılayan Qürbәt mәni görәndә,
pәrtlәşib gözlәrini yerә dikdi. Hәlә bir qızardı da... Yәqin ki, yalan danış-
dığına görә onu danlayacağımı güman elәyirdi. Ancaq mәn, bu cür işlәyәn
ustalara ürәyimdә haqq verirәm, çünki qazma sürәti çox vaxt tәchizatın
gecikmәyi nәticәsindә azalır. Mәn Qürbәt Kәrimә bir söz demәdim. Elә bil
aramızda bu barәdә heç söhbәt olmamışdı.

Qürbәt mәnә tәşәkkür elәdi:
– Çox sağ olun, yoldaş rәis, – dedi. – Ehtiyatımız qurtarırdı. İndi
ürәyimiz yerinә gәldi.
Usta Pirvәli gözümә dәymirdi. Hesabla gәrәk mәn sevinәydim, ancaq
istәr-istәmәz mәndә onu görmәk vә dünәnki söhbәtdәn sonra yumşalıb-
yumşalmadığım öyrәnmәk arzusu oyanmışdı. Qürbәt Kәrimdәn soruşdum:
– Bәs ustanız hanı?
– Papiros çәkmәyә gedib...
   155   156   157   158   159   160   161   162   163   164   165