Page 156 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 156
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Rәqiblәr

I

Necә, necә? Nә buyurdunuz? Usta Heybәti öldürsәniz dә
ürәyiniz soyumaz? Bәli, soyumaz! Niyә dә soyusun? And
olsun, әlimә fürsәt düşsәydi, onu lap çarmıxa çәkәrdim!..
Yox, inan mәn bu sözlәrin ürәkdәn gәldiyinә inana bilmirdim. Amma
qәribә idi ki, usta Pirvәli nә әsәbilәşirdi, nә dә hissә qapılırdı. Әksinә,
hәmişәki kimi, yenә dә sәbirli vә soyuqqanlı idi. Eşitmişdim, görmәmişdim:
acığını üzә vurmayan insanların qәzәbi doğrudan da dәhşәtli olurmuş. Usta
Pirvәlini tanımayan bir adam bu dәqiqә onun sakit, lakin rәhmsiz baxışlarını
görsәydi, düşünә bilәrdi ki, bu qoca öz rәqibini çarmıxa çәksә uf da demәz.
Elә әslinә baxsan, az qalmışdı mәn dә onun barәsindә fikrimi dәyişim, sanki
156 o, mәnim nәzәrimdә artıq indiyәcәn yaxşı tanıdığım, xәtrini istәdiyim, hәr
dәfә görәndә ehtiramla salamladığım mәşhur usta Pirvәli deyildi.
Sadәliyinә, mehribanlığına vә alicәnablığına çoxdan bәri heyran olduğum
bu insan birdәn-birә nә üçün belә dәyişmişdi? Hansı tәsadüfi vә ya mühüm
bir sәbәb onu Heybәt kimi köhnә bir dostundan üz döndәrmәyә mәcbur
elәmişdi? Bu barәdә ona sual vermәyә hazırlaşırdım ki, o gözlәmәdiyim
halda, geriyә döndü, zorba pәncәlәrini ağır-ağır döşәmәyә basaraq, qapıya
doğru addımladı.
– Usta!.. – deyә mәn әlimi qeyri-ixtiyari yuxarı qaldırıb, dayanmağını
xahiş elәdim.
O, çiyni üzәrindәn mәnә baxıb, ayaq saxladı:
– Buyur!
– Buyurmaq yox, әrz elәmәk istәyirәm, – dedim. Zahirәn çox sakit
görünsәniz dә nәdәnsә qәzәblәnmisiniz. Bayaqdan bәri danışdığınız sözlәr
dә sizә heç yaraşmır. Nә olub ki?
Yuxusuzluqdan kiçilmiş vә qızarmış göz qapaqları büzüşdü. Qalın
dodaqlarında kinayәli bir tәbәssüm titrәdi, mis rәnginә çalan, dolğun vә әtli
yanaqları dartıldı, bütün sifәtinә boğuq bir qızartı çökdü, alnının sәrt qırışla
örtülmüş dәrisi xal-xal oldu.
– Hmm... Guya bilmirsәn? Lap yaxşı bilirsәn, mәndәn dә yaxşı...
Ancaq mәn qarnım üçün deyilәm, qәdrim üçünәm. İndiyәnәtәn belә fikir
elәyirdim, Heybәt dә mәnimkidir, ona nә versәlәr, mәnim dә payım var.
Amma indi baxıb görürәm, yox, mәni gözdәn salırlar. Bu cәhәnnәm, mәnim
gördüyüm iş dә gözdәn düşür. Bu әdalәtsizlik gәrәk Heybәtin özünü
qәzәblәndirәydi. Bir halda ki, o dinmir, demәli vicdanı tәmiz deyil!..
   151   152   153   154   155   156   157   158   159   160   161