Page 152 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 152
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

şәxsi dostum var idi. Onların hamısına eyni hiss vә münasibәt bәslәdiyim
halda, bir dәstә gülü kimә verәydim?

Düşündüm ki, hansının döşündә çox nişan olsa, ona verәcәyәm. Sonra
dedim: “Yox! Gözlәyәcәyәm, hansının adamı olmasa, hansına hәdiyyә
düşmәsә, gülü ona verәcәyәm...” Bu da xoşuma gәlmәdi. Әvvәlcәdәn belә
şeyi kәsdirmәyin lüzumsuz olduğunu zәnn etdim. “Gülü mәnim әlimdәn
alan bir zirәk tapılmamış olmaz”, – dedim.

Zәng çalındı, hamımız vağzal sәkilәrindәn ötüb, yolun qırağında
dayandıq. Çox çәkmәdi, bayram mәrasimini andıran bәzәkli qatar gәldi,
ağır vә әzәmәtli nәfәsi ilә alәmә sәs saldı, sinәdolusu köksünü ötürüb
dayandı. Pәncәrәdәn boylananları salamlayan musiqi vә alqış sәslәri bir-
birinә qarışdı. Hamımız vaqon qapılarına yönәldik. Gәlәnlәr әsgәrlәrin yerә
enmәsinә macal vermirdilәr: qucaqlaşan kim, öpüşәn kim, ikiqat olub var
gücü ilә bir-birinin әlini sıxan kim... Dәrhal әsgәrlәrin döşü gül dәstәlәri ilә
152 doldu. Dördüncü vaqonun pәncәrәsindәn boylanıb gәlәnlәrә baxan bir әsgәr
mәnim gözümә sataşdı. Güman etdim ki, o burada düşmәyәcәkdir, sadәcә
tamaşa edir.

Birdәn onun: “Ana!” – deyә sәslәndiyini vә әli ilә adamlar arasında
kimә isә işarә etdiyini gördüm. Çәhrayı paltarlı, başıaçıq bir qadın: “İdris!” –
deyib özünü irәli atdı. Ana-bala bir anda elә qucaqlaşıb, bir-birinә sarıldılar
ki, hamının nәzәri onlara tәrәf çevrildi. Uzun ayrılıq, intizar vә
tәhlükәlәrdәn salamat vә qalib çıxıb, belә bir gündә bir-birinә qovuşan ana-
balaya baxmaq hamıya xoş idi. Adama elә gәlirdi ki, bunlar, indiyәcәn
aralarında maneәlәr, mәsafәlәr olan bu istәklilәr artıq heç bir vaxt bir-
birindәn ayrılmayacaqlar. Mәn gül dәstәsini bu oğlana, hamıdan, hәr kәsdәn
qabaq anasını axtarıb tapan oğula vermәyi kәsdirdim. Daha irәli yeridim,
onların yanında müntәzir dayandım, ayrılmalarını gözlәdim.

Qadın oğlunu öpüb, sevincindәn ağlayırdı.
Nәdәnsә bu görüş vә bu göz yaşı vaxtilә uşaq bağçasında gördüyüm
mәnzәrәni yadıma saldı. Tirmәli gәlin bütün sadәliyi vә gözәlliyilә gәlib
gözümün qabağında dayandı.
Mәn gülü İdrisә tәqdim edәndә, razılıq edib әlimi sıxdı. Biz izdihamla
vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pillәkәnlәrdәn endik. Maşına otur-
duq. İdris anasından soruşdu:
– Atam hanı?
– Rayondadır.
– Evdә nә var, nә yox?
– Salamatlıqdır, hamı sәni gözlәyir, gәldiyindәn heç kәsin xәbәri yox-
dur.
   147   148   149   150   151   152   153   154   155   156   157