Page 111 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 111
üû Øàhbazi Simurq

– Öylә isә gәlin, sabah danışılan söhbәtә qulaq asın, bәlkә, Hacı bir 111
nitq desin?

– Xayır, sizinki teatro tamaşası kimi olur, – biz onu bacarmarıq... Böylә
söhbәt olsa nә var?

– Nә üçün, axund moizә etmәyirmi? Nitq irad etmәk dәxi o moizә
kimidir, – deyә Әhmәd başa salmaq istәdi.

– Qәtnamә dә olacaqmı? – deyә Mәlik sordu.
– Qәtnamәsiz olmaz. Yoxsa axundun moizәsi kimi “nişәstәnd, qoftәnd,
bәrxastәnd” әhvalatı olar.
Birdәn Mәlik üzünü göyә tәrәf qaldırıb:
– Bax, azan da deyilir. Bu zalım qızı mәnim dәdәmi gordan çıxaracaq
ki, turşu gec gәldi. Mәn isә, doğrudan da, söhbәtә qızışıb turşunu unutdum, –
dedi.
– O da yeridir. Nә etsә, yeridir.
– Di dur, mәn dә sәnә yoldaşam, – deyә Hacı da qalxdı.
– Başqaları dәxi durub, xudahafiz edib dağıldılar.
Hacı ilә Mәlik bir qәdәr sakit gedәndәn sonra Mәlik Hacıya söylәdi:
– Әslinә baxsan, bunların sözü әsassız deyil.
Xarrat Bağır ilә Kәrbәlayı Nәcәf bütün müsahiblәr gedәndәn sonra bir-
birinә baxdılar vә sonra Kәrbәlayı Nәcәf dedi:
– Allah ömür versin, Hacı siyasәt işini yaxşı bilir.
Xarrat Bağır onun sözünü tәsdiq edәrәk dedi:
– Müsәlmanlıqda onun kimi siyasәt bilәn az tapılar. Siyasәt adamıdır.
   106   107   108   109   110   111   112   113   114   115   116