Page 107 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 107
üû Øàhbazi Simurq

ittifaqı mümkün olduğuna artıq әhәmiyyәt verirdi. Bu söhbәtlәrdә Hacı 107
Qafar öz hökumәtlәrinә çox mәslәhәtlәr verir idi. Nә edәsәn ki, bu söhbәtlәr
dükan qabağında, mәscid hәyәtindә, hamam qarşısında eşidilir, ancaq Hacı
Qafarın istәdiyi hökumәtlәr tәrәfındәn eşidilmәyir, bilәks etinasız bura-
xılırdı.

Hacı Qafar hansı hökumәtә mәslәhәt verir, hansını kәndinin hökumәti
zәnn edirdi?

Bunu aşağıdakı hissәdәn bilәcәyiz.
İkindi zamanı idi. Qarasu hamamı qarşısındakı daş sәki üstündә iki
nәfәr oturmuşdu. Onlardan biri Ağabala oğlu Kәrbәlayı Nәcәf, ikincisi dәxi
xarrat Bağır idi. Bunların qarşısında әlindәki ağaca tәkiyә edәrәk Şahcahan
oğlu Mәlik durmuşdu. Söhbәt oyan-buyandan başlamışdı. Şahcahan oğlu
Mәlik söhbәtçi olduğundan, dar sәki üstündә oturanlar, qәsdәn vaxtlarını
axşam etmәk üçün onu saxlayıb danışdırırdılar. Söhbәti daha uzatmaq
istәyәrәk onlar dәfәatla Şahcahan oğlu Mәlikә yanlarında daş üstündә yer
tәklif etmişdilәrsә dә, hәr dәfә:
– Gedirәm, arvadağa da, yәqin, acığa qәrq olub, dәdәmi gordan çıxar-
dacaq ki, turşu gec gәlmişdir, – deyә әlindәki sarı kağızı göstәrir idi.
Birdәn bu vaxt tindәn Hacı Qafar çıxdı. Hacını görәn kimi, hamam
qarşısında söhbәt edәnlәr bir dәqiqә sükut ixtiyar edәrәk ona sarı baxdılar.
Hacı salam verdi vә yaxınlaşdıqda durdu.
Söhbәtә mәşğul olanlar ayağa qalxıb Hacının salamını aldılar vә
yanlarında yer tәklif etdilәr. Hacının sevdiyi yerlәrdәn biri dә bura idi. Hacı
oturdu.
– Hә, yenә Mәlik sizin üçün nә doğrayır, nә tökür, – deyә Hacı yanında
oturanlara baxıb Mәlikә işarә etdi. Hacının Mәlik ilә zarafatı var idi. –
Qorxma, sәndәn eşitdiklәrimi füruşa vermәyirәm, indi bilirsәn ki, mövsüm
dәyişib, köhnә paltarlara qiymәt qoymayırlar. Bunları deyirsәnsә, bunlar
zәrgәrdir.
Kәrbәlayı Nәcәf, Hacının fıkrini tamam etmәk üçün:
– Bәli, dәdә-baba sözüdür: “zәr qәdrini, zәrgәr bilәr”, – dedi vә Hacıya
baxdı.
– Elәdir, odur ki var, söz dә odur ki var. Qaldı yeni mövsüm gәldi, fılan
getdi, bunlar qulağıma girmәz. “Zәr qәdrini, zәrgәr bilәr”, vay qalayçının
halına hә... hә... hә...
– Axı bir dә var ki, hәr vaxtın öz meyvәsi var, vaxtsız dәrilib tәklif olu-
nan meyvә kal olar, dişi qamaşdırar, xahәni dә olmaz, – deyә Mәlik, Hacını
qızışdırmaq istәdi.
   102   103   104   105   106   107   108   109   110   111   112