Page 110 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 110
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Alınan şey sәnin deyildir, başqasının zәhmәtini istismar etmәkdәn
әmәlә gәlәn şeydir. Ona görә dә sәndә gәrәk qalmasın, xalqa verilsin.

– Mәn, mәsәlәn, Hacı Qafar, de görüm nә vaxt özgәnin zәhmәthaqqını
vermәmişәm. Sәn dәrzi Әlini mәn çoxdan tanıyıram. Sәn dә mәni
tanıyırsan, bir çox dәfә sәnә paltar tikdirmişәm. Elә vaxt olmuşdur ki, mәn
sәnә tikdiyin paltar üçün haqq-zәhmәti vermәmiş olam? Ya başqa adam
göstәrә bilәrsәnmi ki, onun pulunu mәn kәsmiş olam?

– Әvvәlәn, olsun sәn hәmişә işlәtdiyin adamın haqq-zәhmәtini ver-
misәn, amma elәlәri var ki, sәn dә bilirsәn, mәn dә bilirәm, qapısında işlәt-
diyi adamların zәhmәthaqqını vermәmişdir. Hәlә bәylәri, zavodçuları qoy
bir yanda dursun. İkinci, sәn verdiyin haqq aldığın xeyirә müqabildirmi?
Burada istismar olmamışmı? – deyә dәrzi Әli Hacıdan cavab gözlәr bir şәkil
aldı vә cavab vermәyәcәyini bilir kimi, Hacıya, sonra başqa müsahiblәrә
baxıb güldü.
110 – Söz burasındadır ki, bir nәfәr sözü yoxdur, burada bütün sinif söhbәti
vardır, – deyә Әhmәd yoldaşı Әlinin sözünә qüvvәt vermәk üçün әlavә etdi.

– Quru ilә bәrabәr yaş da yanar. Böylә olar... Bunun oyununu göstә-
rirdilәr, gәrәk Hacı, sәn görә idin, görmәli idin. Orada varlıların mәişәti,
rәftarı, bildiyimiz kimi, gözümüzün qabağında nümayiş etdirilir idi.

– Hacı teatroya gedәn deyil.
– Xeyr, xeyr, getmәmişәm, getmәrәm, bu vaxtımda mәnә yaraşmaz da, –
deyә Hacı qәti olaraq fıkrini bildirmәyә tәlәsdi. Sanki qorxurdu ki, bu saat
onu teatro tamaşasına dәvәt edәcәkdirlәr.
– Amma sabah mitinqә, yәqin ki, gәlә bilәrsiniz – deyә Әli gülümsәdi.
– Hә, doğrudan, yenә nә barәsindәdir? – Şahcahan oğlu Mәlik qabaqca
mitinqin nә xüsusda çağırılmasını bilmәk istәdi.
– Şuralar Cümhuriyyәtini Qәrb ölkәlәri tәsdiq etmәlәri barәsindә, bir
dә yeni maarif evi açmaq xüsusunda danışıq olacaq.
– Şuralar Cümhuriyyәtini tәsdiq etmәkmi? Bunu mәn çoxdan demişәm
ki, Qәrb ölkәlәrinin lovğalığına baxmayın. Yumşalacaqlar. Şәrq mәmlәkәt-
lәrini görәndәn sonra onlar duracaqlarmı?! – deyә Hacı Qafar siyasәt alә-
mindә dara olduğu mәlumatı nümayiş etmәk niyyәti ilә әlavә etdi.
– Qәrb ölkәlәrindә zahiri qüvvә var, amma Şәrq mәmlәkәtlәrinin batini
vә böyük qüvvәlәri olduğunu unutmaq olmaz.
– Şuralar Cümhuriyyәti gәrәk meylini o yana vermәsin, bu yana versin,
bizim Şәrq mәmlәkәtlәrimiz ilә ittifaqını möhkәm etsin.
– O var, Hacı, o ittifaq möhkәmdir. Şura Cümhuriyyәtlәri İttifaqı bütün
mәzlumların nicat vә xilası üçün var qüvvәsini sәrf etmәyә hazırdır.
– Söz odur ki, var, bax söz odur, – deyә xarrat Bağır kәndi fıkrini
söhbәtә qatdıqdan xoşnud olar kimi, yan-yörәsinә baxdı.
   105   106   107   108   109   110   111   112   113   114   115