Page 109 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 109
üû Øàhbazi Simurq

padşahları Osmanlı, İran vә Әfqandır. Hacı özü azәrbaycanlı olub, 109
Azәrbaycanda yaşayırsa da, amma yenә “bizim dövlәt” dedikdә, Osmanlı,
İran vә Әfqan mәmlәkәtlәrini nәzәrdә tuturdu. Hәlә Nikolay zamanında öz
olduğu yurdunu müvәqqәti olaraq Rusiya çar hökumәtinin әlinә keçmiş
hesab edirdi. Bu fıkirdә idi ki, bir gün “öz padşahlarımız” bu yerlәri çar rus
hökumәtindәn geri alacaqlar.

– Hacı, Әfqan padşahları ilә indi hökumәtlәrin arası necәdir?
Bir az sükut edәndәn sonra Hacı:
– Әfqan bizim başımızın ucalığıdır, – dedi. Әfqan әmirindәn qorxurlar,
qorxduqlarına görә sözünü danışmazlar. Amma çox hökumәtlәr istәyir ki,
onu öz tәrәfınә çәksin, çünki nәdir, qüvvәsi var.
– Allah kömәk olsun, – deyә xarrat Bağır başını tәrpәtdi vә әlavә etdi:
– Çәtindir, gәrәk “özü” kömәk olsun.
Hacı gülümsәdi vә dövlәt, siyasәt işini bildiyinә güvәnәrәk vә özünü
daha da artıq bilikli göstәrәrәk dedi:
– Çәtin deyildir, çalışmaq vә ağıl lazımdır. Oldu – iş gedәcәk, olmasa –
düşәcәk urusun halına.
– Amma onun taxtdan yıxılmağı lap tәәccüb idi: bu qәdәr qüvvә, bu
qәdәr nizam...
– Bilirsәn...
Bu vaxt dәrzi Әli ilә xarrat Bağırın qardaşı oğlu Әhmәd çatıb salam
verdilәr. Hacıgilin söhbәti kәsildi. Müsahiblәr yeni gәlәnlәrә baxdılar, bir
azdan sonra Mәlik üzünü dәrzi Әliyә vә Әhmәdә tutub:
– Yәqin, firqәlәrdәn gәlirsiniz. Tәzә xәbәr, tәzә bir әhvalat?
– Ey, sәn dә, tәzә xәbәri, tәzә әhvalatı onlar sәnә nә üçün desinlәr?
Sabah gәlәr ki, burjuysan, evini ver kluba, mәktәbә... hә... hә – Hacı zarafat
etdi.
– Hacı, kluba ev vermәk, ya mәktәb üçün bir evdәn keçmәk necә işdir?
Pisdirsә, mәn ölüm, açıq söylә.
– Qoy Hacının әvәzinә mәn cavabını verim, – deyә Mәlik sözә başladı.
– De, sәn de.
– Mәn firqәlәrin qabağında hәmişә düzünü deyirәm.
– De görәk.
– Mәnim qanacağım budur ki, elm vә maarif üçün ev vermәk böyük
vә müqәddәs işdir. Ancaq xoşluq ilә, zülm ilә yox.
– Әhsәn! De görәk, xoşluq ilә verәrsәnmi? Söz burasındadır ki, bu
vaxta qәdәr xoşluq ilә heç bir şey etmәmisәn – nә evini vermisәn, nә pu-
lundan, nә qeyri malından keçmisәn, indi ver.
– Zәhmәt vә mәşәqqәt ilә qazandığını, beş gün dünyada ömür sürmәk
üçün mövcud etmiş olduğunu bir dәqiqәnin içindә almaq – zülmdür.
   104   105   106   107   108   109   110   111   112   113   114