Page 104 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 104
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Tağı Şahbazi Simurq
(1892-1937)

104

Yazıçı, publisist, pedaqoq. Bakı Dövlәt Universite-
tinin ilk azәrbaycanlı rektoru. Bakı Realnı mәktәbindә,
Xarkov Universitetinin Fizika vә riyaziyyat fakültәsindә
tәhsil alıb. 1922-1923-cü illәrdә Azәrbaycan xalq maarif
komissarının müavini, 1923-cü ildә “Maarif vә mәdә-
niyyәt” jurnalının redaktoru, 1926-1929-cu illәrdә BDU-
nun rektoru, 1930-1937-ci illәrdә Azәrbaycan xalq sәhiyyә
komissarının müavini vәzifәlәrindә çalışıb. Bәdii
yaradıcılığa tәlәbәlik illәrindә başlayıb. “Quşlar kimi
azadә”, “İyi alәm”, “Südçü qız”, “Şәkәrli çoban”,
“Aclar”, “Haqsızlıq dünyası”, “Ağanın kәnizi”, “Hacı
Salman”, “Azadlıq üçün cinayәt”, “Külәkli bir axşam”
adlı nәsr әsәrlәrinin, “Düşmәnlәr” povestinin, “Qayçı” vә
“Yox, razı deyilәm” adlı hekayәlәr toplusunun müәllifidir.
   99   100   101   102   103   104   105   106   107   108   109