Page 106 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 106
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Nә edәsәn ki, bizim şәhәrdә, bizim ölkәdә adamın qәdrini bilmәzlәr.
Adama qiymәt qoymazlar, heç bir şey anlamayan, sәs-küy salan, özünü hәr
vasitә ilә mәşhurlaşdıran adama, bir dә görürsәn ki, böyük bir iş tapşırıldı.

Amma Hacı Qafar demişkәn, “işin kanәtinә” çatanda görürsәn ki,
hamısı “cüvәllağı”, hamısı “bambulu”dur.

Bir dәfә Hacı Qafarın siyasәtdәn danışdığını eşitsәydiniz, siz dә onun
mәlumat vә biliyini tәsdiq edәrdiniz.

– Hәr bir dövlәtә nә lazımdır? – Siyasi söhbәtdә Hacı Qafar әvvәlcә,
әsasәn, bu mәsәlәni aşkar etmәk istәrdi.

– Elm, texnika, sәnaye, para?
– Yox, yox, Hacının fıkrincә, bunlar hamısı düzәlәndir. Әsasәn, hәr bir
dövlәtә, hәr bir mәmlәkәtә iki şey lazımdır. Zәnn edirsiniz ki, Hacı Qafar
deyәcәk ağıllı padşah, әdalәtli qanun, yox, o, bu qәdәr dә idealist deyildir.
106 Hacı Qafarın zәnnincә, hәr bir mәmlәkәtә bir dәnә ağıllı vәzir vә bir dә
qeyrәtli vә şücaәtli qoşun lazımdır.
Sәadәt vә şöhrәtini gözlәyәn dövlәt vә millәtә bundan artıq şey lazım
deyildir.
Görürsәn ki, bunu dedikdәn sonra hazirun tamamәn Hacı Qafarla şәrik
olur; şәrik olmamaq olurmu – şәhadәt barmağını qaldırıb bu sözlәri elә bir
etiqad, elә bir ruhla söylәyir ki, tәsdiq etmәkdәn başqa bir şey qalmayır.
Üsuli-idarә xüsusunda Hacı Qafar kәndinә mәxsus fıkir bәslәyirdi. Qa-
nuni-әsasi vә filan xüsusunda mәxsus nәzәriyyәsi var idi.
Qanuni-әsasi oldumu-olmadımı, onun o qәdәr әhәmiyyәti yoxdur,
mәmlәkәtdә hәr bir şәrait dairәsindә, hәr bir üsuli-idarәdә intizam gәrәk
olsun, mәmlәkәtin başında duran padşahın zabitәsi olmadısa, o padşahlıqda
qayda vә nizam gözlәmәk bicadır; burada bir xülasә çıxarırdı: padşahın
nizam qoymaq üçün vәziri vә nizamı bәrpa etmәk üçün hәrbi qüvvәsi
olmalıdır vә sonra fıkrini izah etmәk üçün deyirdi ki, padşahın qoşunu ol-
dumu, onu hamı tanıyar, hamı onun ziyarәtinә gәlәr, elçi göndәrәr. Hә, on-
da әqilli vәzir lazımdır ki, padşahların göndәrdiyi elçi ilә danışa bilsin. Hacı
Qafarın bu cür siyasi söhbәtlәri bir çoxlarını maraqlandırırdı, odur ki, Hacı
Qafarın bir yerdә oturmuş olduğunu görüncә, dәrhal tanıyanlar cәm olurlar,
bilirlәr ki, Hacı Qafar siyasәtdәn şirin-şirin danışacaq. Eşidәn dә deyir:
– Siyasi işlәri Hacı Qafar kimi bilmәk lazımdır. Kişi dünyanın hәr bir
tәrәfındәn xәbәr verir. Vallah yaşa!
Hacı Qafarın әn sevdiyi mәsәlә müharibә vә müharibә ehtimalı idi.
Hacı ömründә çox müharibәlәrin şahidi olmuşdu. Ona görә dә müharibә ilә
әlaqәdar olan mәsәlәlәrdәn danışdıqda Hacı Qafar hansı hökumәtlәrin
   101   102   103   104   105   106   107   108   109   110   111